"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Tibb üzrə fəlsəfə doktoru Rəfail Soltanov
13.06.2022 14:30
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının budəfəki qonağı Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Usaq Xəstəxanasının uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Rəfail Soltanovdur.
 
Rəfail Soltanov 1972-ci ildə Biləsuvar rayonunda anadan olub. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb və uşaq cərrahı ixtisasına yiyələnib.
 
O, 1995-ci ildə Sumqayıt Usaq Xəstəxanasında uşaq cərrahı kimi əmək fəaliyyətinə başlayıb. 1998-2000-ci illərdə MTN SQ TXBL-da uşaq cərrahı vəzifəsində çalışıb.
 
2009-2012-ci illərdə Türkiyənin Ege Universitetində təhsilini davam etdirib.
 
Rəfail Soltanov 2000-2018-ci illərdə Sumqayıt Uşaq Xəstəxanasının Cərrahiyə şöbəsində işləyib.
 
2017-2021-ci illərdə elmi araşdırma ilə məşğul olub. O, “Uşaqlarda sidiklik sidik axarı reflyuksunun kompleks müalicəsinin nəticələrinin müqayisəli qiymətləndirilməsi” mövzusunda dissertasiyası işini uğurla müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
 
Cərrah həkim Türkiyə, Rusiya və Avropa ölkələrində dərc olunmuş 17 elmi məqalə və tezisin müəllifidir. Elmi işində 1 yeni modifikasiya uşaqlarda SSAR-in endoskopik korreksiyasına yenilik gətirib.
 
Rəfail Soltanov İcra etdiyi əməliyyatlar aşağıdakılardır:
 
•Qarın boşluğu orqanlarının patologiyası.( Bütün növ bağırsaq keçməməzliyi peritonit və digər bağırsaq əməliyyatları)
•Uşaqlarda laporaskopik cərrahiyyə
•Anadangəlmə anamaliyalar(anus atreziyalarının olması)
•Bağırsağın hissəvi atreziyaları ikiləşməsi (pilerostenoz ezofagial reflyuks)
•Uşaq urologiyası və androloji pologiyaları (cinsiyyət orqanlarının anamaliyaları, hipospadiyalar)
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib