Tibb Universitetində dil öyrənməyin üsulları haqqında mühazirə dinlənilib - Fotolar
10.06.2022 10:10

“Tələbələr səhv edərək danışmağa can atmalıdır. Müəllimlər də tələbələri yönlədirməyi, həvəsləndirməyi bacarmalıdır”. Bu haqda neyrolinqvistika təhsilli azərbaycanlı poliqlot, TedX layihəsinin iştirakçısı Aslan Məmmədzadə Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşündə bildirib. ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə A.Məmmədzadə tələbələrə dil öyrənməyin üsulları haqqında danışıb.   

 

Aztibb.az xəbər verir ki, peşəkar səviyyədə 9 dil bilən, 9 dildə sərbəst danışan Aslan Məmmədzadə  "Dil öyrənməyin üç qızıl qaydası" adlı  təlimində qeyd edib ki, istənilən dildə onu öyrənməyə başladığın ilk gündən danışmağa cəhd etməlisən. “Kiçik addımlarla, səhvlər edərək danışmağa başlamalıyıq. Səhv etmək normaldır. Həftədə bir neçə dəfə kurslara getməklə dil öyrənmək mümkün deyil. Bunun üçün paralel olaraq oxumaq və dinəmə bacarığını da inkişaf etdirməlisən”. Söhbətini zarafatlarla, əyləncəli formada aparan A.Məmmədzadə çıxışının sonunda tələbələrin suallarını cavablandırıb. 

 

Qeyd edək ki, Aslan Məmmədzadə orta məktəbi Lənkəranda bitirdikdən sonra Türkiyənin Süleyman Dəmirəl Universitetində təhsil alıb. Azərbaycan, türk, rus, ingilis, polyak, ispan, fransız, italyan, alman dillərini tədris edən Aslan Məmmədzadə hazırda təsisçisi olduğu “Practical languages” şirkətində pedaqoq kimi fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır