Tibb Universitetinin rektoru dövlət buraxılış imtahanlarının gedişini izləyib
09.06.2022 16:55

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli dövlət buraxılış imtahanlarının gedişini izləyib. Buraxılış kurslarında bacarıq və test imtahanlarına baxış keçirən rektor, Bakı Sağlamlıq Mərkəzində imtahan üçün yaradılan şəraitlə də tanış olub.

 

Aztibb.az xəbər verir ki, imtahan prosesi haqqında Tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov məlumat verib. Onun sözlərinə görə, Dövlət Attestasiyasına 1232 nəfər buraxılıb ki, onlardan 336 nəfəri I Müalicə-profilaktika, 332 nəfəri II Müalicə-profilaktika, 280 nəfəri Stomatologiya, 76 nəfəri Hərbi tibb, 70 nəfəri İctimai səhiyyə, 126 nəfəri Əczaçılıq fakültəsinin tələbələri, 13 nəfəri isə hərbi feldşerdir.

 

K.Yaqubov bu ildən Dövlət Attestasiyasında bir çox yeniliklərin olduğunu da deyib. Bildirib ki, Azərbaycan Tibb Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektorlarının təşəbbüsü ilə müalicə işi fakültələrinin buraxılış kurslarının tələbələri həm daxili xəstəliklər, həm də cərrahi xəstəliklər fənlərindən bacarıq imtahanlarını Bakı Sağlamlıq Mərkəzində verirlər. I və II Müalicə-profilaktika fakültələrinin Ginekologiya fənnindən bacarıq imtahanları isə Tədris Cərrahiyyə Klinikasında baş tutacaq.

 

Stomatologiya fakültəsində isə Dövlət Attestasiyasına buraxılan 280 tələbə Ortopedik stomatologiya, Terapevtik stomatologiya, Ağız və üz-çənə cərrahiyyəsi fənlərindən bacarıq və test imtahanlarında iştirak edəcək. İmtahan Stomatoloji Mərkəzdə təşkil olunub.

 

Bu il Əczaçılıq fakültəsində də imtahanlar 2 mərhələli – həm bacarıq, həm də test imtahanları olmaqla keçiriləcək. 4 fəndən imtahanların keçirilməsi nəzərdə tutulub. Əczaçılıq kimyası fənnindən bacarıq imtahanları artıq sona çatıb. Bu gün səhər saatlarında fakültənin tələbələri Əczaçılıq kimyası fənninin test imtahanlarında iştirak ediblər. Bundan sonra Farmakoqnoziya, Əczaçılığın texnologiyası və təşkili, Toksikoloji kimya fənlərindən imtahan verəcəklər.

 

Hərbi Tibb Fakültəsinin tələbələri 3 fəndən imtahana çəkilib. Daxili xəstəliklər və hərbi səhra terapiyası fənnindən imtahanın hər iki mərhələsi artıq yekunlaşıb. Sonrakı günlərdə tələbələr Cərrahi xəstəliklər və hərbi səhra cərrahiyyəsi, eyni zamanda Tibb xidmətinin təşkili fənlərindən Dövlət Attestasiyasında iştirak edəcəklər.

 

İctimai səhiyyə fakültəsində isə dünəndən Gigiyena fənnindən bacarıq imtahanları başlayıb. Fakültənin tələbələri daha sonra Epidemiologiya fənnindən bacarıq və test imtahanlarını verərək imtahanları yekunlaşdıracaqlar.

 

Qeyd edək ki, iyunun 6-dan başlanan Dövlət Attestasiyası iyunun 25-dək davam edəcək.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır