Səhiyyə Nazirliyi tələbələrə müraciət edib
09.06.2022 12:37

Ölkə daxilində və xaricdə yerləşən ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə digər təhsil müəssisəsinə köçürülməsi məsələləri ilə bağlı müraciətlər müvafiq sənədlərlə birgə 1 iyul 2022-ci il tarixinə kimi Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinə təqdim olunmalıdır.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tələbələrin köçürülməsi ilə bağlı Azərbaycan Təhsil Nazirliyinin rəsmi internet səhifəsində www.transfer.edu.az portalında tətil dövründə müəyyən edilmiş müddətdə qeydiyyatdan keçmək və sənədləri elektron formada təqdim etmək üçün elan yerləşdiriləcək. Müəyyən ediləcək müddətdə www.transfer.edu.az portalına elektron ərizə ilə müraciət edilmədiyi halda köçürülmə məsələsinə baxılması mümkün olmayacaq.

 

Tələbələrin ali və orta təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tələb olunan sənədlər

Ali tibb təhsili

Orta tibb təhsili

- Ərizə;

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.);

- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə DİM-dən arayış;

- Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd;

- Təhsil haqqı borcunun olmaması;

Xaricdən köçürülənlər üçün əlavə olaraq:

- Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd;

- Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər;

Xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün əlavə olaraq:

- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər;

Əcnəbi vətəndaşlar üçün əlavə olaraq:

- Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən arayış.

- Ərizə;

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.);

- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə təhsil alan müəssəsindən arayış;

- Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd;

- Təhsil haqqı borcunun olmaması.

Xaricdən köçürülənlər üçün əlavə olaraq:

- Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər;

Əcnəbi vətəndaşlar üçün əlavə olaraq:

- Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır