Həkimlər və tibb bacıları üçün konfrans keçirilib
02.06.2022 13:06
TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş həkimlər və tibb bacıları üçün konfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni və uşaqların rəqsi ilə başlayıb.
 
Öncə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.Allahverdi Musayev, Azərbaycan Tibb Universiteti t.e.d., prof. Səfixan Həsənov, Respublika Perinatal Mərkəzin direktoru t.ü.f.d. Məryam Rzayeva çıxışlar ediblər, tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.
 
Mütəxəssislərin təqdimatları ilə davam edən konfransın ikinci hissəsində müasir tibbdə olan yeniliklərdən bəhs olunub.
 
Tədbir 7 bal ilə akkreditasiya olunub, iştirakçılara sertifikat təqdim edilib.
 
Sonda "Neonatalogiyanın İnkişafına Yardım" İctimai Birliyinin yaradılması haqqında tədbir iştirakçılarına məlumat verilib. Birliyi yaratmaqda məqsəd tibbin neonatologiya sahəsinin öyrənilməsi, təbliği və inkişafına yardımçı olmaqdan ibarətdir.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib