Rusiya İmmunoloqlar Assosiasiyası ilə Mərkəzi Gömrük Hospitalı arasında təcrübə mübadiləsi aparılacaq/ MÜSAHİBƏ
31.05.2022 10:40

Rusiya Uşaq Allerqoloqları və İmmunoloqları Assosiasiyasının vitse-prezidenti, professor Yuri Smolkin Azərbaycanla bağlı gələcək planları barədə danışıb.

 

Xəbər verdiyimiz kimi, 23 may 2022-ci ildə Azərbaycan Respublikası  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq elmi seminarda Yuri Smolkin yaxından iştirak edib. Tədbirdən sonra Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova Rusiya Uşaq Allerqoloqları və İmmunoloqları Assosiasiyasının vitse-prezidenti, Professor Yuri Smolkindən Azərbaycanla bağlı gələcək planları barədə müsahibə alıb.  

 

- Yuri Solomonoviç, peşəkar fəaliyyətiniz barədə oxucularımıza məlumat verərdiniz.

 

- Mən N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almışam. 1980-ci ildə Universiteti bitirdikdən sonra uşaq bağçası və internat məktəbdə uşaq həkimi, sonra 5 il sahə pediatrı vəzifəsində çalışmışam. 1988-ci ildə pediatriyada anesteziologiya və reanimasiya üzrə rezidenturanı bitirdikdən sonra yenidoğulmuşların reanimasiya şöbəsində işləmişəm. 1989-cu ildən 2003-cü ilə qədər Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Moskva Elmi-Tədqiqat Pediatriya və Uşaq Cərrahiyyə İnstitutunda kiçik elmiş işçidən başlayaraq, aparıcı elmi işçiyə qədər yüksəlmiş, burada namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişəm. 110-dan artıq çap əsərinin müəllifi və immunologiya üzrə beynəlxalq monoqrafiyanın həmmüəllifiyəm. Spesifik immunoterapiya aparılarkən endogen opioid sisteminin rolunun, uşaqlarda atopik xəstəliklər zamanı immunoqlobulin reseptorlarının B-limfositlərin səthində paylanması xüsusiyyətlərinin müəyyən edilməsi kimi elmi nailliyyətlərim var.

 

- Yuri Solomonoviç, necə oldu ki, bu tədbirə qatılmaq üçün Azərbaycana gəldiniz?

 

- Əvvəla, qeyd edim ki, mən bir-sıra elmi tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlmişdim. Bakı şəhərində olduğum zaman  Mərkəzi Gömrük Hospitalında “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq elmi seminarda çıxış etmək üçün dəvət aldım. Yüksək səviyyədə təşkil edilmiş bu  tədbirə dəvət aldığım üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri Ceyhun Məmmədova dərin minnətdarlığımı bildirirəm. Mənim bu elmi seminarda sadəcə mühazirə oxumaq istəyim var idi, lakin bu seminar böyük, genişmiqyaslı tədbirə, kifayət qədər həkimlərin iştirak etdiyi konfransa çevrildi.  Bu, ümid etməyə əsas verir ki, bütün bunlar əməkdaşlığımızı qarşılıqlı maraqlar çərçivəsində davam etdirmək istəyinə səbəb olacaq.  

 

- Siz Şuşaya həsr olunmuş konfrans çərçivəsində də çıxış etmək üçün məruzə planlaşdırırsınız. Bu, nə vaxt gözlənilir?

 

- Bəli, əvvəla onu qeyd edim ki, 2019-cu ildə Azərbaycan Allerqoloqlar və Rusiya Allerqoloqları Assosiasiyasının birgə konfransı keçirilib. Bu konfrans aprel ayında baş tutmuşdu və çox uğurlu oldu. Biz bu ilin aprelində daha bir tədbir keçirməyi planlaşdırırdıq, lakin təəssüf ki, məlum səbəblərdən uçuş cədvəllərində dəyişikliklər planlarımızı pozdu. Lakin bu, bizə mane ola bilmədi. İndi biz Şuşaya həsr olunmuş konfrans çərçivəsində allergiyanın diaqnostikasının prinsipləri ilə bağlı məruzə etmək qərarına gəlmişik.

 

- Yuri Solomonoviç, gələcəkdə tibb sahəsində Azərbaycanla əməkdaşlığı necə görürsünüz?

 

- Biz belə tədbirləri müntəzəm olaraq keçirməyə hər zaman hazırıq. Necə deyərlər, vəzifənin necə qoyulacağından asılı olaraq. Şuşa - mənim ürəyimi qoyub getdiyim şəhərdir...

 

- Bundan başqa, gələcəkdə Rusiya İmmunoloqlar Assosiasiyası ilə Mərkəzi Gömrük Hospitalı arasında təcrübə mübadiləsinin aparılması istiqamətində birgə tədbirlərin keçirilməsini  nəzərdə tuturuq.

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib