Tanınmış həkim: "Dərslik çatışmazlığı gənclərin gələcəkdə yaxşı həkim kimi yetişməsinə ciddi əngəl törədir"
19.05.2022 09:53
"Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanasında ciddi dərslik çatışmazlığı hökm sürür. ATU-ya yüksək bal toplayaraq qəbul olan çox ağıllı, çalışqan, gecə-gündüz yorulmadan oxumaq həvəsində olan tələbələr var, lakin dərslik çatışmazlığı onların gələcəkdə yaxşı həkim kimi yetişməsinə ciddi əngəl törədir".
 
Aztibb.az xəbər verir ki, bunu İstanbul Hospitalın direktoru, həkim-radioloq Aydın Əliyev deyib.
 
"Bu gün bu işıqlı gənclərin daha çox oxuyan dövrüdür, indi onların beyni tapa bildikləri dərsliklərdəki materialları maqnit kimi özünə çəkir. Ümumiyyətlə, bütün dünyada ən qiymətli, ən dəyərli nemət oxumaqdır", - deyən A.Əliyev bu problemin aktuallığını önə çəkib. 
 
Həkim əlavə edib ki, dünyanın tibb üzrə ən inkişaf etmiş ölkələrində istifadə edilən dərsliklərin həm orijinal versiyaları həm də tərcümələrinin həm ənənəvi formatda, həm elektron formatda, həm də internet üzərindən bizim tibb tələbələrinə əlçatanlığı mütləq təmin edilməlidir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır