Uşaqlara vitamin verilərkən nələrə diqqət edilməlidir? - Uzman həkim
18.05.2022 14:02

Hər vitaminin xüsusi vəzifəsi var.  D vitamini hər yaş qrupuna verilməlidir. Bu, uşaqların  əsəb  sisteminə, sümük quruluşlarına  və normal inkişafa kömək edir. Kalsium, maqnezium, potasium  kimi vacib mineralların ana südündə olması isə körpələrə daha çox faydalıdır.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev vitamin qəbulu mövzusunda ATV-nin "Səhər" proqramına müsahibəsində bu fikirləri səsləndirib.

 

Həkim bildirib ki, hər vitamin çatışmazlığının klinik əlamətləri var.  Orqanizmində rutin olaraq vitamin çox nadir hallarda məsləhət görülür.  Yəni iştahsızlıq və  çəkidə çatışmazlıq varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər.  Uşağa vitamin verilərkən onun boyuna, çəkisinə yaşına görə inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə bilər, hətta hansısa dərmanın yan təsiri də meydana çıxa bilər.

 

Üzvi birləşmələrdən ibarət olan vitaminlər insan qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində vitaminlər çatışmadıqda, orqanizmin funksiyası pozulur, nəticədə avitaminoz və yaddaş zəifliyi kimi hallar yaranır. Lakin  ehtiyac olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi  dəyərləndirilir. Vitaminlərin miqdarı çox olduqda isə müxtəlif xəstəliklərə səbəb olur. Həddindən artıq vitamin qəbulu sağlam uşaq demək deyil:

 

"Orqanizmə C vitamini lazım olduğu halda bir qrup vitaminlər, dəmir və  digər mikroelementlərin artıq istifadəsi bədəndə depolanmaya şərait yaradır. Ona görə də  sağlam qidalanma ən yaxşı seçimdir. Sağlam qidalanma zamanı meyvə, tərəvəz daha çox ağ ət, yəni balıq və toyuq əti ilə qidalandıqda orqanizmə lazım olan vitaminlər alınır. Hazır və paketli qidaların qəbulu zamanı bir sıra vitaminlərin çatışmazlığı yarana bilər.  Vitamin çatışmazlığı zamanı qan azlığı, nevroloji və metobolizm problemlərlə özünü göstərir".

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib