Tibb Universitetində “Empro” Tədrisin İntellektual İdarəetmə Sisteminin təqdimatı baş tutub
16.05.2022 11:54

Azərbaycan Tibb Universitetində SİNAM şirkətinin təqdimatında “Empro” Tədrisin İntellektual İdarəetmə Sisteminin nümayişi olunub. Təqdimatda Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbər şəxsləri, pedaqoji kollektivin üzvləri, 1 və 2 saylı Tibb Kolleclərinin rəhbərləri və nümayəndələri iştirak edib.

 

Aztibb.az xəbər verir ki, təqdimatdan öncə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbin də artıq elektron universitetlər sırasında olduğunu vurğulayıb:

 

“Son illər bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində, o cümlədən tibb təhsili sistemində rəqəmsallaşma prosesi sürətlənir. Artıq ATU da daxil olmaqla, bu görüşdə təmsil olunan müəssisələrin hər birində elektron proqramlar müxtəlif modul şəklində istifadə olunur”. Rektor G.Gəraybəyli təqdim olunan yeni sistemin də ali məktəblər üçün yararlı olacağından əminliyini bildirib.

 

Təqdimatda qeyd olunub ki, Azərbaycanın milli məhsulu olan “Empro” sisteminə ali təhsil müəssisəsi kontingentinin (müəllim, tələbə, inzibati işçilər və s.) elektron qaydada qeydiyyatı, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi, müəllimlərin tələbələr tərəfindən müxtəlif meyarlar üzrə onlayn qiymətləndirilməsi, tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, imtahanların elektron qaydada tərtibi və təşkili  kimi modullar daxildir. Həmçinin müəllimlər tərəfindən tələbələrə distant formada fənnin kontentinin təqdim edilməsi, tapşırıqların elektron qaydada mübadiləsi və qiymətləndirilməsi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili, eləcə də müxtəlif növ statistik və dinamik hesabatlar da sistemdə öz əksini tapıb.

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Səhiyyə nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva çıxışlarında sistemin tətbiqi ilə bağlı fikirlərini bildiriblər. Sonda təqdimatı reallaşdıran şirkət nümayəndələri “Empro” ilə bağlı sualları cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır