Koronovirusla mübarizə nə qədər çətin olsa da, işimizi yarıda qoymaq fikrində deyilik - Mərkəzi Neftçilər Xəstəxanasının tibb bacısı
14.09.2020 12:41

“Bəzən gənc tibb işçilərimizdə həyəcan, gərginlik hiss olunur. Mən və mənim kimi uzun illərdir bu sahədə çalışan həmkarlarım onlara dəstək oluruq, bütün çətin işlərində onlara kömək edirik”.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində tibb bacısı Zahirə Həsənova müsahibəsində bildirib. 43 ildir tibb sahəsində çalışan Z.Həsənova indiyədək çox çətin vəziyyətlərlə rastlaşdığını, lakin koronovirusla mübarizənin digər xəstəliklərdən fərqləndiyini qeyd edib.

 

“Bilirsiniz ki, reanimasiyaya ağır xəstələr yerləşdirilir. Onlara kömək etmək üçün əlimizdən gələni edirik. Əzmkarlığımız hesabına xəstələrimizi sağ-salamat yola sala bilirik. Bu peşəni seçərkən çətinliklərindən də əvvəldən xəbərdar idik. Hər birimiz bunu dərk edirik və koronovirusla mübarizə nə qədər çətin olsa da, işimizi yarıda qoymaq fikrində deyilik”.

 

Onun sözlərinə görə, çətinlik təkcə iş prosesində müşahidə olunmur. Gündəlik həyatda da bir çox dəyişikliklər baş verib.

 

“Ən əsası, bir müddətdir ailəmizdən məhrum olmuşuq. Nəvələrimdən ötrü çox darıxıram. Mobil proqramlar vasitəsilə onları görə, onlarla danışa bilirəm. Ailə üzvlərimin həyatını təhlükəyə atmamaq üçün evə getmirəm, bizim üçün ayrılan oteldə qalıram. Arabir oğlum gəlir, mənə geyim gətirir. Məsafəni gözləməklə bir neçə dəqiqə söhbət edə bilirik. Tezliklə xəstəliyə qalib gələcəyimizə inanıram”, – deyə Z.Həsənova vurğulayıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!