ATU-nun 12 tələbəsi ödənişsiz göz əməliyyatı olunub - AKSİYA
29.04.2022 10:53

Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi xeyriyyə aksiyasına start verilib.

 

Aztibb.az xəbər verir ki, ATU-da məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar aksiyası çərçivəsində universitetdə təhsil alan 12 tələbə ödənişsiz göz əməliyyatı olunub.

 

Aksiya ATU-nun rektoru, professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə keçirilir.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, bu gün artıq 17 tələbə Excimer lazer göz əməliyyatı olunub: “Onlar aztəminatlı ailənin övladlarıdır. Bu tələbələrin laborator müayinələrindən tutmuş bütün əməliyyat xərclərinə kimi lazım olan hər bir şey universitet rəhbərliyinin təşəbbüsü ilə ödənilib. Əməliyyat zamanı gənclərin gözündə yüksək dərəcəli miyoplar aradan qaldırılıb və əməliyyat tam fəsadsız başa çatıb”.

 

Xeyriyyə aksiyası 3 gün davam edəcək və bu müddətdə ümumilikdə 25 tələbənin əməliyyat olunacağı planlaşdırılır.

 

Qeyd edək ki, Əməliyyat xərcləri universitet rəhbərliyi və oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov tərəfindən ödənilir. ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da – milli lider Heydər Əliyevin anadan olmasının ildönümlərində də tələbələr üçün belə aksiyalar təşkil olunur.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib