Tibb Universitetinin tələbələri ABŞ universitetinin virtual praktikasında iştirak ediblər
12.09.2020 23:21

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin tələbələri Can Barut və Fərid Tağıyev ABŞ-ın Kaliforniya ştatının Loma Linda Universitetinin Stomatologiya fakültəsinin Ağız üz-çənə cərrahiyyəsi kafedrasının virtual praktikasında iştirak ediblər.

 

Praktika zamanı iştirakçılar ağız, üz-çənə cərrahiyyəsində tətbiq edilən yeni metod və texnologiyalarla tanış olublar.

 

Aztibb.az xəbər verir ki, universitetin mətbuat xidmətindən bildiriblər ki, praktika proqramı Loma Linda Universitetinin Ağız üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, “Amerika Ağız və Üz-çənə Cərrahiyyəsi Şurası"nın ("American Board of Oral and Maxillofacial Surgery") prezidenti, professor Alan Herford, tərəfindən təşkil olunub. Tədbir zamanı Alan Herford və kafedranın dosenti Karlos Moretta həmin mövzuda elmi işlərin təqdimatını həyata keçiriblər.

 

Həmçinin kafedranın müəllim heyəti, burada tədris prosesi üçün yaradılmış şəraitlə tanışlıq olub. Praktikada, o cümlədən Amerikada üz-çənə cərrahiyyəsi sahəsində təhsil, xarici ölkələrdə bu sahədə təhsil almış diş həkimlərinin ABŞ-da ixtisaslaşma proqramına qəbulu ilə bağlı məsələlər müzakirə olunub, məsləhətlər verilib.

 

Virtual praktikada ABŞ, Almaniya, İtaliya, Fransa, Kanada və digər ölkələrdə təhsil alan stomatologiya tələbələri də iştirak ediblər, öz ölkələrində üz-çənə cərrahiyyəsi sahəsində təhsil və mövcud durum haqqında məlumat veriblər.

 

ATU-nun tələbələri Can Barut və Fərid Tağıyev də praktikada təhsil aldıqları univerisitetin tədris proqramı, yüksəkixtisaslı stomatoloqların yetişdirilməsi üçün yaradılan şərait və s. barədə ətraflı məlumatı praktika iştirakçılarının diqqətinə çatdırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır