Türkiyəli professor rezidentlərə ustad dərsi keçib      
25.04.2022 10:13

Emre Toğrulun bud-çanaq endoprotez əməliyyatları ilə bağlı məruzələri maraqla qarşılanıb.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Aztibb.az xəbər verir ki, seminar iştirakçılarını salamlayan klinikanın direktoru, professor Surxay Hadıyev ustad dərsi keçmək üçün qardaş Türkiyədən dəvət olunmuş professor Emre Toğrula təşəkkürünü bildirib. Həm Türkiyədə, həm də Avropada yaxşı tanınan yüksək səviyyəli mütəxəssisin iş qrafikinin sıx olmasına baxmayaraq, öz bilik və bacarıqlarını tələbələrlə, gənc həkimlərlə bölüşməsindən məmnunluğunu dilə gətirib.

 

Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova seminarın gənc mütəxəssislər üçün çox faydalı olacağına əminliyini ifadə edib.

 

Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirli də seminarda çıxış edərək, son dövrlərdə insanlarda böyük narahatlıq doğuran xəstəliklərdən birinin artroz olduğunu söyləyib. İndiyədək 60-65 yaşlarda rast gəlinən bu xəstəliyin günümüzdə daha da gəncləşdiyini təəssüflə qeyd edib: “Anadangəlmə bəzi qüsurlardan sonra əmələ gələn bu xəstəlik gənclərdə də böyük problemlər yaradır. Bu əməliyyatları tezləşdirmək üçün zəruri tədbirlərə ehtiyac var. Ona görə də bu sahənin peşəkarı olan professor Emre Toğrulun zəngin təcrübəsi ilə tanışlığın rezidentlərlə yanaşı, praktik həkimlər, travmatoloqlar, ortopedlər üçün də faydalı olacağını düşünürəm”.

 

Bundan sonra Türkiyə Bud-Diz Artroplastika Dərnəyinin başqan yardımçısı, Ortopedia Kemik Eklem Xəstəlikləri Xəstəxanasının sahibi və doktoru, professor Emre Toğrulun “Bud-çanaq oynaq endoprotez əməliyyatlarında baş verən səhvlər” və “Spesifik patoloji çətinlikləri olan ayaqlarda endoprotezin uyğunlanması” mövzularında məruzəsi dinlənilib. O, modern ortopediyada ortoplastika, xüsusilə bud-çanaq oynağı ortoplastikası haqqında məlumat verib, bud-çanaq oynağı ilə bağlı detalları açıqlayıb. Daha sonra çətin və problemli vəziyyətlərdə bu əməliyyatların necə aparılması barədə öz təcrübəsini rezidentlərlə bölüşüb.

 

Artıq dünyada populyar olan robot cərrahiyyəsindən də söhbət açan professor Emre Toğrul, əgər xəstənin bud-çanaq oynağında bir problem varsa, yerişi pozulubsa, axsayırsa, ayağa qalxa və otura bilmirsə, problemi protez cərrahiyyəsi ilə necə müalicə etməyin nümunələrini diqqətə çatdırıb. O, bud-çanaq oynağı qırılarsa, uşaqlarda bu hissədə çıxıq olarsa, kirəcləşmə yaranarsa nə etmək lazım gəldiyini də əməliyyat şəkilləri üzərində əyani göstərib. Həmçinin icra olunan əməliyyatlar zamanı ortaya çıxan problemlərin ən müasir üsullarla aradan qaldırılması yollarından danışıb.

 

Seminarda Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxov və rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da iştirak ediblər.

 

Maraqlı diskussiya şəraitində keçən seminar ərzində professor E.Toğrul mövzuyla əlaqədar ona ünvanlanan çoxsaylı sualları cavablandırıb

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”