Eşitmə itkisi vaxtında aşkar edilərsə, müalicə və reabilitasiya müsbət nəticələr verər - "Həkim məsləhəti"  
03.03.2022 15:00

3 Mart tarixi bütün dünyada Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, bütün dünyada təxminən 360 milyona yaxın insan karlıq və eşitmənin bu və ya digər dərəcədə itirilməsindən əziyyət çəkir. Bununla da, karlıq və eşitmənin itirilməsi  ən çox rast gəlinən əlillik formalarından biridir.

 

Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Elvin Əzizov “Karlığın və eşitmənin zəifləməsinin müalicəsi varmı?” sualını cavablandırıb.

 

Həkim bildirib ki, 5 duyğu üzvlərindən biri olan qulaq insanın ətraf mühitdə olan səs impulslarını qəbul edərək eşitməsinə və nəticədə ünsiyyət qurub ətraf mühiti qavramasına yardım edir. Eşitmənin olmaması, yəni karlıq və yaxud eşitmənin zəifliyi, insanın səsləri qəbul edə bilməməsinə və ya çox zəif qəbul etməsinə, nitqdə və ünsiyyətdə, sosial adaptasiyada problemlərin yaranmasına səbəb olur.

 

E.Əzizvoun sözlərinə görə, karlıq və eşitmə zəifliyi anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə karlığa və eşitmə zəifliyinə irsi meyillilik, genetik xəstəliklər və ananın hamilə vaxtı keçirmiş olduğu infeksion xəstəliklər, alkoqol və siqaret kimi zərərli vərdişlərdən istifadə, daimi stress və eləcə də vaxtından əvvəl doğuşlar səbəb olur.

 

"Qazanılmış karlıq və eşitmənin zəifləməsi, itirilməsi istər uşaq yaşlarında, istərsə də böyüklərdə iltihabi xarakterli olub, xəstə tərəfindən keçirilmiş kəskin və xroniki orta otitlərdən sonra, həmçinin, qulağa olan mexaniki travmalar, yüksək səs və küylərin daimi və intensiv təsirindən sonra yaranır, - deyə bildirən həkim qeyd edib ki, istər anadangəlmə, istərsə də, qazanılmış eşitmə itkisi vaxtında aşkar edilərsə, müalicə və reabilitasiya müsbət nəticələr verir. 

 

"Tövsiyə edirəm ki, eşitmənin itirilməsinin profilaktikası üçün qulaqcıqlarla yüksək tonlarda musiqiyə qulaq asmayın, müntəzəm olaraq yüksək səs-küylü tədbirlərdə olmaqdan yayının, uşaqları küt və ya iti alətlərlə qulaqlara müdaxilə, eləcə də yad cisimləri qulaqlarına salmağa imkan verməyin. Qulaq ağrısı, qulaqlarda tutqunluq, eşitmə zəifləməsi və ani eşitmə itkisi hiss etdikdə, sonradan fəsadların yaranmaması üçün özbaşına müalicə etməyin, mütləq mütəxəssisə müraciət edin".

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər