Bioloji Təbabət Kilinikasında təcrübə keçən ADNSU-nun tələbələrinə sertifikatlar təqdim olunub
09.09.2020 11:41
Sentyabrın 8-də Bioloji Təbabət Kilinikasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. ADNSU-nun Cihazqayırma mühəndisliyi kafedrasının "Biotibbi texnologiyalar mühəndisliyi" ixtisasının tələbələri - Nazənin Qasımova, Murad Abbasov, Afiq Qasımlı, Tunar Məmmədov və Əmrah Fərziyev bu il iyul ayının 26-dan avqustun 25-nə qədər Bioloji Təbabət Klinikasında gündəlik kliniki təcrübə keçiblər. Onlar keçdikləri kiliniki təcrübə zamanı dərslərdə aldıqları nəzəri bilikləri praktiki olaraq tətbiq etmə metodlarını öyrəniblər. Tələbələr Kliniki laboratoriya təhlillərinin hansı cihazlarda və hansı metodlarla aparılmasından başlayaraq plazmoferez, fizioterapiya aparatlarının bütün növləri, oftalmologiya, rentgen, KT, ensefoloqrafiya şöbələrində təcrübə keçməklə bilik və bacarıqlarını artırıblar.
Bioloji Təbabət Kilinikasında bu klinikanın rəhbərliyi və həkimlərinin, eləcə də ADNSU-nun əməkdaşlarının iştirakı ilə keçirilən mükafatlandırılma zamanı ADNSU-nun 5 tələbəsinə sertifikat verilib, 1 tələbənin isə təcrübədən sonra işlə təmin olunuduğu diqqətə çatdırılıb. Eyni zamanda digər təcrübə keçən tələbələrə də yeni işlər təklif olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı mükafatlandırma mərasiminə onlayn formatda qoşularaq Bioloji Təbabət Kilinikasının rəhbərliyinə təşəkkürünü bildirib və uğurlu təcrübə keçən tələbələri təbrik edib. O, qeyd edib ki, bu bu gün ADNSU elm və təhsilin inkişafı ilə yanaşı, istehsalat müəssisələri, şirkətlər və dövlət qurumları ilə sıx əmkdaşlıq edir. Universitetin tələbələrinin uğurlu təcrübə keçməsi və zamanında işlə təmin olunması ADNSU-nun inkişaf strategiyasının mühüm bir hissəsini təşkil edir. Professor Mustafa Babanlı çıxış zamanı həmçinin "Biotibbi texnologiyalar mühəndisliyi" ixtisasının hər zamaman aktual olduğunu və bu səhə üzrə təhsil alan tələbələrin nəzəri biliklə bərabər, praktiki bacarığı da inkişaf etdirməsinin vacibliyini qeyd edib.
Bioloji Təbabət Kilinikasının təsisçisi Elxan Yaqubov çıxış edərək təkcə təcrübə yox, klinikada daimi işçi olaraq çalışmaq üçün də belə tələbələrə ehtiyac olduğunu deyib.
ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova çıxış edərək tələbələrimizin tədris proqramını keyfiyyətli mənimsəməsini və hazırlıqlı olmasını həm də təcrübə zamanı onların özünü doğrultaması ilə izah edib. Bildirib ki, bu üstünlük ADNSU tələbələrinin işlə təmin olunmasında xüsusi rol oynayır. O, Bioloji Təbabət Kilinikası ilə ADNSU-nun əməkdaşlığının bundan sonra da davam edəcəyini deyib və tələbələrimizin buradakı şəraitdən yararlanaraq aiddiyəti üzrə təcrübə keçib mütəxəssis kimi formalaşacağını diqqətə çatdırıb.
Sonda klinika ilə ADNSU arasında əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb və əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyi vurğulanıb.
Bu bölməyə aid digər xəbərlər
ATU magistrantı antibiotik rezistentliyinin profilaktikası ilə bağlı təqdimatla çıxış edib
23.10.2026 | 15:48
Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac var
23.10.2026 | 15:16
ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 | 12:42
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

