Səbinə Məşədiyeva: "Şəkərli diabet xəstələri kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdırlar"
08.02.2022 12:12

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva şəkərli diabet xəstələrinin sayı, vaksinasiyası, COVID-19-un diabetə təsiri və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Səbinə xanım, hazırda ölkəmizdə neçə şəkərli diabet xəstəsi var?

 

- Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.

 

- Şəkərli diabet insanın hansı orqanlarına mənfi təsir göstərir?

 

- Dünya ölkələrinin çoxunda şəkərli diabet bilavasitə ölüm səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlar törədir. Sirr deyil ki, şəkərli diabet insan orqanizminin bütün toxuma, orqanlar və sistemlərinə mənfi təsir göstərir. Bu fakt həm kompensasiyalı və həm də dekompensasiyalı xəstələrə aiddir.

 

- Mütəxəssislər bildirirlər ki, koronavirus şəkərli diabet xəstələri üçün daha təhlükəlidir. Şəkərli diabet xəstələrini ağırlaşma hallarından necə qorunmaq olar?

 

- Bildiyiniz kimi, artıq iki ildir ki, bütün ölkələr koronavirus pandemiyası ilə mübarizə aparır. İlk ili bu problemin həllini peyvənd olmadığına görə həll etmək daha çətin idi. Eyni zamanda, ağırlaşmış formaların və ölüm hallarının azalmasını da əldə etmək çox çətin idi. Bir ildən çoxdur ki, artıq vaksinasiya başlayıb. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu peyvəndlənmədir. Ölkəmizdə proses aktiv getdiyinə görə artıq vaksinasiyadan keçənlərin arasında yoluxma sayı, xəstəliyin ağır gedişatlı formaları və ölüm sayı azalıb.

 

- COVID-19 diabetə necə təsir edir?

 

- Statistik olaraq, hər 3-4 aydan bir COVID-19-un yeni ştamları aşkarlanır. Təbii ki, bütün sağlam insanlar kimi, şəkərli diabet xəstələri də yeni ştamlara yoluxurlar. Lakin şəkərli diabet xəstələrinin immun sistemi zəif olduğuna görə, onlar bu infeksiya ilə aktiv mübarizə apara bilmirlər. Ağır gedişli formalara və ölüm hallarına həkimlər məhz yanaşı xroniki xəstəlikləri olan xəstələrdə rast gəlirlər.

 

- Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi?

 

- Şəkərli diabet xəstələri COVID-19-a qarşı peyvəndləmə kompaniyasında fəal iştirak etməlidirlər. İlk növbədə, endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdırlar. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinəsindən keçəndən sonra həkim qərar verir ki, pasiyent ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox.

 

COVID-19-un “Omikron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci doza və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər