Həkim hamiləliyin müalicəsində öz spermasından istifadə etdi: 21 uşağın atası oldu
01.02.2022 15:22
Məlum olub ki, 1973-1986-cı illərdə Hollandiyanın Leiden şəhərində mama-ginekoloq kimi çalışan Cos Bik hamiləlik müalicəsi zamanı öz spermasından istifadə edib və ən azı 21 uşaq atası olub.
Cos Bik Hollandiyada uşaq sahibi olmaq istəyən qadınlar üçün donor əvəzinə öz spermasından istifadə etməkdə qərarlı olan üçüncü həkim oldu.
Aztibb.az xəbər verir ki, bu fakt insanlara bioloji ailələrini tapmağa kömək edən “Fiom” Fondunun 21 uşaqda DNT uyğunluğu olduğunu aşkar etdikdən sonra ortaya çıxıb.
Araşdırmalar nəticəsində 21 ananın Elizabet Xəstəxanasında həmin həkim tərəfindən müalicə olunduqdan sonra uşaq dünyaya gətirdiyi müəyyən edilib.
Həkimin öz rəsmi evliliyindən olan uşaqlarından birinin DNT-si müalicədən sonra doğulan 21 uşaqla eyniləşdikdən sonra fond xəstəxanaya məlumat verib.
Xəstəxananın rəhbərliyi isə faktla bağlı bütün faylların məhv edildiyini, buna görə də həkimin neçə qadını müalicə etdiyinin bilinmədiyini açıqlayıb.
Xəstəxana direktorunun fikrincə, həkim daha çox uşağın atası ola bilər. Buna görə də xəstəxana ginekoloq Cos Bik tərəfindən müalicə olunan hər kəsin onlarla əlaqə saxlamasını istəyib.
O dövrdə donor sperma ilə müalicə çox yayılmadığından və donor tapmaqda çətinlik yarandığından Jas Beekin öz spermasından istifadə etdiyi düşünülür.
25 il Elizabet Hospitalda çalışan Cos Bik isə 2019-cu ildə dünyasını dəyişib.
Cos Bik Hollandiyada müalicələrdə öz spermasından istifadə edən üçüncü ginekoloqdur. Buna qədər, 2017-ci ildə vəfat edən ginekoloq Jan Karbat ən azı 81 uşağının bioloji atası olub.
2009-cu ildə vəfat edən digər hollandiyalı ginekoloq Yan Vildşutun isə ən azı 47 uşağın bioloji atası olduğu məlum idi.
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

