Qubada şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya təşkil olunub - FOTOLAR
31.01.2022 16:10

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiya “Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası”nda keçirilib.

 

Aztibb.az xəbər verir ki, aksiyada Azərbaycan Tibb Universitetinin həkimləri və tələbələri də iştirak eidblər. Yanvarın 29-da aparılan müayinələrə Quba və Xaçmaz rayonlardan, qeyd edilən həssas kateqoriyaya aid, ümumilikdə 250-dən çox vətəndaş cəlb edilib.

 

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, həmçinin zəruri dərman vasitələri ilə təmin olunublar. Digər patologiya aşkarlanan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

 

Xəstəlik aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.

 

Tibbi aksiyanın təşkilinə RİİB könüllüləri tərəfindən yaxından dəstək verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub