“Müharibənin fiziki və psixoloji travması sonsuzluğu artıra bilər” - İsrailli professor
27.01.2022 11:35

Professor Rabinoviç sonsuzluğu olan qadınlara və cütlüklərə tibbi yardım göstərən, hamiləliklərin (o cümlədən risk altında olan hamiləliklərin) monitorinqini həyata keçirən yüksək səviyyəli mütəxəssisidir. O, Tel-Əviv Universitetinin dosentidir. 
 

Prof. Rabinoviç qadınlarda və kişilərdə mayalanma problemlərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmışdır. O, süni mayalanma, yumurta donasiyası, mayalanma, uşaqlıq yolunun görüntülənməsi və təkrarlanan uşaq düşmələrinin müalicəsində geniş təcrübəyə malikdir. 
 

Professor Rabinoviç nüfuzlu San-Fransisko Universitetində mayalanma və fertilliyin endokrinologiyası üzrə ixtisaslaşmanı başa vurub, aparıcı beynəlxalq mətbuatda çoxsaylı tədqiqat məqalələri dərc edib və dünya üzrə 100-dən çox konfransda dəvət olunmuş məruzəçi kimi çıxış edib.
 

O, İsrail Doğuş Cəmiyyətinin, Amerika Endokrin Cəmiyyətinin, Reproduktiv Endokrinoloqlar Cəmiyyətinin və Yeniyetməlik Ginekologiyası üzrə İsrail Cəmiyyətinin üzvüdür.
 

İsrailli mütəxəssis, Şeba Tibb Mərkəzinin Ginekologiya və Doğum Mərkəzinin direktor müavini, Mamalıq və Ginekologiya şöbəsinin müdiri, prof. Jaron Rabinovic News24.az-a müsahibəsində müharibə, stress və nəsil artırma barədə danışıb. 

 

Aztibb.az həmin müsahibəni təqdim edir:
 
- Sonsuzluqla stress arasında hansı bağlılıq var? 

- Həm fiziki, həm də zehni stress bütün bədənə müxtəlif yollarla təsir edir. Nəticədə gənc qadınlar şəxsi və ya iş həyatının çətin dövründə, məsələn, qohumlarını və ya dostlarını itirdikdən sonra, menstruasiya dövründə dəyişikliklərlə qarşılaşa bilərlər. Kişilər də eyni şəkildə reproduktiv funksiyada, sperma sayı və keyfiyyətində pozulma ilə qarşılaşa bilər. Belə dəyişikliklər mərkəzi sinir sistemini reproduktiv sistemlə birləşdirən məlum biokimyəvi yollardan qaynaqlanır. 

- Müharibə olan ölkələrdə qadınların ana olmasına mənfi təsir edən amillər varmı? 

- Bu məsələdə müharibənin təsirləri təsəvvüredilməz ola bilər. Onlar insan orqanizminə dəhşətli təsir göstərə bilir. Nəticədə müharibənin fiziki və psixoloji travması kişilərdə və qadınlarda sonsuzluq riskini artıra bilər. Həm güclü zehni stress dövrləri, həm də silah-sursatların tərkibindəki toksinlərin bədənə verdiyi birbaşa zərər kişi və qadın məhsuldarlığını poza bilər. Ancaq sonsuzluğun müalicəsi sahəsində əldə olunan ən son yeniliklər əsasında biz indi gələcək valideynlərə bir az ümid verə bilərik. 

- Sonsuzluğa görə hansı analizləri vermək daha doğrudur? 

- Qadın sonsuzluğunun diaqnozu üçün həyata keçirdiyimiz çoxsaylı testlər var, bunlara kliniki şübhələrə görə hormonal testlər, qan analizi, ultrasəs və görüntüləmə (rentgen, CT, MRT) daxil ola bilər. 


- İsrailin tibb elmi sonsuzluğun qarşısının alınması üçün başqa ölkələrdən hansı üstünlükləri ilə seçilir? 

- Müharibəyə yad olmayan bir ölkə olaraq İsraildə tibb stressin mayalanmaya təsirinin qarşısının alınması və bununla mübarizə aparan cütlüklərə valideynlik yolunda kömək etməkdə böyük uğur qazanıb. Milli tələbatın bir hissəsi olaraq hökumət süni mayalanma müalicələrini subsidiya edir və nəticədə İsraildə 25 süni mayalanma klinikası və adambaşına çox yüksək sayda süni mayalanma göstəricisi var. 
Ümumilikdə İsraildə və 3 il ardıcıl olaraq ABŞ-ın ən qabaqcıl jurnallarından biri olan “Newsweek” jurnalının Top-10 reytinqində dünyanın ən yaxşı xəstəxanaları sırasına daxil olan Şebada biz bir sıra son dərəcə mürəkkəb hadisələrlə üzləşmişik və son 20 ərzində dünya miqyasında böyük uğurlar əldə etmişik. Məsələn, ilk qonadotropin müalicələr, dünyada dördüncü süni mayalanma körpəsinin İsraildə dünyaya gəlməsi, oosit donorluğunun erkən tətbiqi, embrionun genetik diaqnozunun preimplantasiyası, mayalanmanın qorunması, yumurtalıq toxumasının dondurulması və homoloq transplantasiyadan sonra ilk insan övladının doğuşu əldə etdiyimiz uğurlardır. 


- Bəzi iddialara görə, qadınların arıq qalmaq üçün fasiləsiz idmanla məşğul olması, sistemli məşqlər də sonsuzluq yarada bilir. Bu nə qədər doğrudur? 

- Artıq çəki ilə yanaşı, az çəki də sonsuzluğa səbəb ola bilər. Həddindən artıq məşq etmək və çox arıqlamaq qadınların menstrual dövrlərinin müntəzəmliyinə və məhsuldarlığına təsir göstərə bilər. 

- Uzun müddət sonsuz qadın kimi yaşayan neçə pasiyentinizə sevinc bəxş edə bilmisiz? 

- Karyeram ərzində bir çox xəstələrimə kömək etmişəm. Bəziləri hətta uzun müddət sonsuz qalmış və mənə müraciət edənə qədər uğursuz müalicələr almışlar. Uzun illərdən sonra pasiyentlərimin valideyn olması, dünyaya gələn hər yeni körpə məni son dərəcə qürurlandırır və sonsuzluq üzrə mütəxəssis kimi mənim uğurlarımın, yüksələn karyeramın təsdiqidir. 

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir