Tibb Universitetində payız semestrinin qış imtahan sessiyası başlayıb
24.01.2022 15:36

Yanvarın 3-də Azərbaycan Tibb Universitetində 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. 

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, II Müalicə-profilaktika fakültəsinin 1-ci və 2-ci kurslar üzrə dekan müavini Sevinc Məhərrəmova 2-ci kurs tələbələrinin imtahan verdiklərini bildirib:

 

“Tələbələr seçim fənnindən imtahan verirlər. Seçim fənni iki blokdan – “Dinamik anatomiya” və “Təkamül genetikası”ndan ibarətdir. Onlar hansı fəndən imtahan verəcəklərini özləri müəyyənləşdiriblər. Bu gün 2-ci kursda təhsil alan 428 tələbə imtahanda iştirak edəcək. İmtahan verənlər arasında ingilis dili bölməsində təhsil alanlar da var. Hazırda sakit və şəffaf şəraitdə imtahan gedir. Yaradılmış şəraitdən tələbələrimiz razılıq edir. İndiyədək heç bir qayda pozuntusu qeydə alınmayıb”.  

 

İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova qeyd edib ki, imtahan əziyyətli və ağır prosesdir:

 

“Testlərin hazırlanmasından başlamış, sistemdə yerləşdirilməsi və tələbəyə təqdim olunanmasınadək bir mərhələ keçirik. Heç bir texniki problemimiz yoxdur. Gördüyünüz kimi, normal şəkildə imtahanlar gedir. Amma bəzən bizdən asılı olmayan səbəbdən problemlərlə də üzləşirik”. Bu haqda danışan Ü.Cəfərova bildirib ki, bəzi kafedralarda testlərin hazırlanmasına məsuliyyətlə yanaşmırlar:

 

“Bu səbəbdən bəzən yanlış suallara rast gəlinir. Hazırda Dinamik anatomiya və Təkamül genetikası fənlərindən imtahan götürürük. Amma hərəsindən bir sual yanlış düşüb. Bununla bağlı apellyasiya şikayəti verilib. Ailə təbabəti kafedrasının testlərində də qüsurlar var idi. Yaxşı olar ki, istər adını çəkdiyim, istərsə də digər kafedralar testləri hazırlayanda dəfələrlə yoxlasınlar. Mövcud vəziyyət diqtə edir ki, testlər təkmilləşdirilsin, təkrar suallar aradan qaldırılsın”.

 

Ü.Cəfərova xatırladıb ki, təhsil nazirinin müvafiq əmrinə əsasən fevralın 1-dək imtahanlar başa çatdırılacaq:

 

“Üzrlü səbəbdən iştirak etməyənlər üçün fevralın 3-4-ü, 7-8-i imtahanlar keçirilməsi nəzərdə tutulub. Paralel olaraq xaricdə yaşayan tələbələrimiz üçün onlayn imtahanlar təşkil etmişik. Onlar da imtahanlara qatılır və yüksək göstəricilər nümayiş etdirirlər”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır