Həkim reportajı: Kirpiklərimizin tökülməsi xəstəliklərə yol açır
23.01.2022 19:03
Kirpiklər gözəllik rəmzi olsa da, onları yaradan təkcə gözəllik üçün yaratmayıb. Ona görə də, kirpiklərin fərqli vəzifələri var.
Üst qapaqda 90-150 qədər kirpik olur, alt qapaqda isə bu say 70-80-ə çatır.
Kirpiklərin uzunluğu 10 mm qədər çata bilər. Göz qapaqlarında kirpiklərimizin köklərindən başqa bəzi piy vəziləri də yerləşir. Bu vəzilərin vəzifəsi kirpiklərin kökünü, qapaqların kənarını, həmçinin buynuz qişanın səthində yağlamaq ilə çox mühüm vəzifə daşımaqdadır. Kirpiklər qapaqla birgə bu piy qatını buynuz qişanın səthində tam bərabər yayılmasına kömək edir.
Biz yaşa dolduqca kirpiklərimiz tökülərək azalır və onların kökü məhv olur. Piy vəziləri də yaşın təsiri altında dəyişməyə məruz qalır. Siz qocalarımızın dəsmalla gözlərini sildiyini dəfələrlə görmüsünüz. Buna səbəb göz yaşı vəzinin ifraz etdiyi göz yaşının yetməməsi göstərilir və bunun nəticəsi olaraq, yaş vəzilərin gözü tək başına quruluqdan qoruması çətinləşir. Kirpiksiz qapaqların necə qəribə goründüyünü, qalınlaşmasının yəgin ki, şahidi olmusunuz.
Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, kirpiklərimiz və göz qapaqlarımızı qorumaq dişlərimizi qorumaq kimi mühümdür. Kirpiklərimizin tökülməsi çox xəstəliyin baş qaldırmasına işarədir. Bu siyahı dəri xəstəliklərdən tutmuş sifilisə qədər uzanır. Kirpiklərdə parazitlər, gənələr belə yaşaya bilir. Qaşınma isə bu xəstəliyin çox vaxt yeganə əlamətidir. Kirpiklərimizin rənginin dəyişməsi, uzanması da yaxşı əlamət deyil. Keyfiyyətsiz kosmetika da kirpiklərimiz üçün zərərlidir.
Biz dişlərimizi gündə iki dəfə yumalıyıqsa, göz qapaqlarını bir o qədər də gigiyenasına fikir verməliyik. Apteklər külli miqdarda şampun və dərman vasitələrini biz alıcıların istifadəsinə təqdim edir. Əslində kirpiklərin öz şampunu var. Yəqin ki, bunu çoxunuz bilmirdiz. Kirpikləri qorumaq vacibdir. Onların tökülməsi, uzanması, rənginin dəyişməsini müşahidə etsək mütləq həkimə müraciət etmək lazımdır.
Oftalmoloq Leyla Qəhrəmanova
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

