Bu iki qida çox qızardıldıqda xərçəng riski yaradır
22.01.2022 16:34
Tədqiqatlar göstərib ki, çörək və kartof kimi nişasta tərkibli yeməklərin yüksək temperaturda bişirilərkən akrilamid adlı kimyəvi maddə yaranır.
 
Aztibb.az xəbər verir ki, bu maddə orqanizmdə xərçəngə yol aça bilir.
 
Ərzaq standartları üzrə təşkilatlar riskləri azaltmaq üçün bu cür qidaların bişirmə təlimatlarına diqqətlə əməl edilməsini və bu cür yeməkləri rəngi tündləşməyənədək bişirilməsini tövsiyə edirlər.
 
Bundan başqa, kartofun soyuducuda saxlanılmasının zəruriliyi barədə də xəbərdarlıq edilir. Bunun səbəbi isə otaq temperaturunda kartofun tərkibindəki şəkər səviyyəsinin artması və bunun da bişirmə zamanı ifraz edilən akrilamidin miqdarını yüksəltməsidir.
 
Digər yandan, bəzi mütəxəssislər akrilamid ilə xərçəng arasında əlaqənin insanlarda hələ sübut olunmadığını bildirirlər.
 
Başqa bir tədqiqat yüksək akrilamid qəbulunun xüsusilə heç vaxt siqaret çəkməyənlər arasında yumurtalıq və endometrial xərçəng riskinin artması ilə əlaqəli olduğunu aşkar edib. Bununla birlikdə, premenopozal qadınlar xaricində akrilamid qəbulu ilə döş xərçəngi riski arasında əhəmiyyətli bir əlaqə müşahidə edilməyib.
 
Bu tədqiqatda qızardılmış kartof istehlakının xərçəng riski üzərində təsiri birbaşa qiymətləndirilməsə də, mənfi təsir göstərə biləcəyi üçün qızardılmış kartofun müntəzəm alınmasının qarşısını almaq və ya minimuma endirməyin daha doğru olduğu qənaətinə gəlinib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib