Biləsuvarda şəhidlərin ailə üzvləri və qazilər üçün tibbi aksiya təşkil olunub
19.01.2022 14:37
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvləri və qazilər üçün növbəti tibbi aksiya Biləsuvar rayonunda təşkil olunub.
Aztibb.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə yanvarın 15-də Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələrdə Biləsuvar və ətraf rayonlardan qeyd edilən həssas kateqoriyaya aid, ümumilikdə 300-dən çox vətəndaş iştirak edib.
Aksiya zamanı müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb, nəticələrdən asılı olaraq müvafiq müalicə kursları təyin edilib. Həmçinin xəstələr zəruri dərman vasitələri ilə təmin olunub, digər patologiya aşkarlanan şəxslər ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.
Silsilə tədbirlər şəklində baş tutan tibbi aksiyada AKHA-nın sədri Oqtay Mehdiyev və Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirovanın təşəbbüsü ilə universitetin tələbələri də növbəti dəfə iştirak ediblər. Belə ki, adıçəkilən fakültənin 4-cü kurs tələbəsi Aysel Səfərli, 5-ci kurs tələbələri Zahid Azayev, Musa Süleymanov, Ünal Muhammed Yarıcı, 6-cı kurs tələbələri Nərmin Əhmədova, Kəmalə Əsədova, Rüfət Heydərov, Ülkər Xasıyeva, Rəqsanə Qarakişiyeva, Aygün Məmmədova, Fəridə Şahbazzadə, Aysel Yusifova olmaqla 12 tələbə aksiyaya könüllü şəkildə qatılıb.
Onlar oftalmoloji kabinetdə oftalmoskopiya, görmə itiliyinin müayinəsi, refraktometriya, gözün biomikroskopiyası kimi müayinələrin həyata keçirilməsi, cərrahi müalicəyə ehtiyacı olan pasiyentlərin sonrakı müayinə və müalicəsi məqsədilə siyahıya alınmasında; USM otağında tiroid, qarın və kiçik çanaq boşluğu orqanlarının müayinəsində; psixoloji şöbədə qazilərimizin və şəhid ailə üzvlərinin müharibə və müharibədən sonrakı dövrdə yaşadıqları çətinlikləri, sinir-psixi sarsıntıları dinləyərək onlara psixoloji yardım göstərilməsində iştirak ediblər.
Eləcə də, tələbələrimiz kardioloji kabinetdə anamnezin toplanması, auskultasiya, qan təzyiqinin ölçülməsi, EKQ-nin çəkilməsi və exokardioqrafiya kimi müayinələr, həmin müayinə və anamnez nəticələrinə uyğun xəstənin vəziyyətinin dəyərləndirilməsi və diaqnozun qoyulmasında yaxından köməklik göstərərək həkimlərimizə dəstək olublar.
Bu bölməyə aid digər xəbərlər
Şərurun Axura kəndində tibbi müayinə aksiyası təşkil olunub
26.10.2026 | 14:58
Şahbuz rayonunun Gömür kəndində tibbi aksiya: 52 nəfər müayinə olunub
25.10.2026 | 15:24
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28
Nizami Tibb Mərkəzinin həkimləri üçün ACLS təlimi keçirilib
24.10.2026 | 07:24
Bakı Baş Səhiyyə Mərkəzində həkim vakansiyaları elan olunur
21.10.2026 | 10:27
9 saylı “Qocalar evi”nin sakinləri tibbi akiya təşkil edilib
19.10.2026 | 16:00
Babək rayonunun Gərməçataq kəndində tibbi aksiya: 61 nəfər müayinə olunub
19.10.2026 | 15:21
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
18.10.2026 | 16:57
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18
Qubadlının Qəzyan kəndində tibbi aksiya: 130-dan çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
16.10.2026 | 16:33
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

