Azərbaycan Tibb Universitetində müasir texnologiyalar geniş şəkildə tətbiq olunur
19.01.2022 10:21

"Elektron universitet" təkmilləşdirilir, kitabxana modulu yaradılır.

 

“Elektron universitet”in tətbiqinə imtahan modulu ilə başlandı. Yeni sistemə keçid zamanı imtahanlara müxtəlif tip sualların salınmasına icazə verildi. Tələbələrin biliyinin real qiymətləndirilməsi üçün bazaya açıq tipli suallar da yerləşdirildi. Bununla da yeni imtahan sistemində müsbət bir addım atıldı və yenilənmə bu gün də davam edir. Yəni tələbələrimiz üçün əvvəlkilərdən fərqli olan bir imtahanın tətbiqinə başlanıldı. Fərq onda idi ki, yeni sistemdə imtahanları canlı şəkildə izləmək,  imtahanın nəticələrini dərhal öyrənmək, bununla bağlı statistikalar aparmaq mümkün oldu. Beləliklə, 2017-ci ildə “Elektron universitet”ə keçid başladı”.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin İnfomasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzinin rəhbəri Rəmzi Əliyev bildirib. Onun sözlərinə görə, “Elektron universitet” sistemində tələbələr şəxsi kabinetlərinə daxil olmaqla, öz davamiyyətlərini, sistemə yerləşdirdikləri sərbəst işlərini, bu işlərin müəllimlər tərəfindən qiymətləndirməsini izləyə bilərlər:

 

“Tələbə sərbəst işini sistemə daxil edir. Müəllim də sistemə daxil olaraq tələbənin sərbəst işi ilə tanış ola bilir. Semestr başlayandan müəllimlər tərəfindən tələbənin davamiyyəti, aralıq imtahan göstəriciləri və bacarıqları  qiymətləndirilir. Tələbələr şəxsi kabinetlərinə girərək bütün nəticələrini görə bilirlər. Bu, “elektron tədris sistemi” adlanır. Sistem vasitəsilə müəllim-tələbə qarşılıqlı əlaqə saxlayır. Eyni zamanda tələbə ilə bağlı universitetdə baş verənlər elektronlşdırılır. Mərkəzin də bir nömrəli işi tədrisi avtomatlaşdırmaqdır”.

 

Bu sistemin ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə ilk dəfə 2018-ci ildə 1-ci kurslara tətbiq olunduğunu bildirən R.Əliyev, hazırda onun bütün kurslarda həyata keçirildiyini deyib: “Sistemdə həm də tələbənin məlumat bazası var. Bu baza tələbə və müəllimlər üçün təşkil olunub. Tələbə istəsə, bazaya daxil olub arayış və transkript sifariş verə bilər. Eləcə də əvvəlki semestrlər üzrə qiymətlərinə, ortalama göstəricilərinə baxa bilər. Bu baza həm də dekanlıqlar üçün tələbələr barədə məlumat mənbəyi rolunu oynayır”.

 

Müsahibimiz universitet rəhbərliyinin bu istiqamətdə son göstərişi barədə də məlumat verib. Belə ki, sistemə hər bir tələbə barədə daha geniş məlumat daxil ediləcək: “Rektorumuz tələbələrin şəxsi kabinetinə bir bölmənin də əlavə olunmasını tapşırıb. Bu, universitetin Həmkarlar İttifaqı Komitəsinə həvalə edilib. Yeni yaradılacaq bölmədə tələbənin universitet həyatı ilə bağlı gündəlik qeydlər öz əksini tapacaq. O cümlədən, hansısa fəaliyyəti ilə bağlı bir tələbəyə töhmət verilərsə, sistemdə bunu müəllimlər də görə biləcək.

 

Hazırda yeni bir tətbiqin - kitabxana modulunun üzərində işləyirik. Burada kitabxananın bazasında olan kitabların siyahısı yerləşdiriləcək. Tələbə ona lazım olan kitabı öncədən sifariş verəcək və iki saat ərzində sifarişini götürə biləcək. Bəzi dərs vəsaitlərinin PDF formatı da var. Tələbələr həm də bundan yararlanacaqlar. PDF formatı olmayan kitablar isə kitabxanadan əldə ediləcək. Kitab veriləndə tələbə üçün müddət qoyulacaq. Vaxtında kitabı qaytarmayan tələbələr sistem vasitəsi ilə cərimələnəcəklər. Yəni onlara borc yazılacaq. Belə bir durumla üzləşməmək üçün tələbələr müddəti öncədən kitabxanaya müraciət etməklə artırmalıdırlar”.

 

Mərkəzin rəhbəri bizimlə söhbətində yataqxanaların ümumi internet şəbəkəsinin yenilənməsinə ehtiyac olduğunu da diqqətə çatdırıb. Bunu mövcud sistemin günün tələblərinə cavab verməməsi və bəzi nöqtələrdə internet tutumunda problemlərin olması ilə izah edib. R.Əliyev bütün kafedraların kompyuterlərlə təmin olunduğunu və elektron jurnallar tətbiq edildiyini, hansı kafedralarda texniki problemlər yaranarsa, dərhal aradan qaldırılacağını əlavə edib.

 

Mərkəzin rəhbəri söhbətimiz zamanı informasiyaların qorunması, təhlükəsizlik məsələlərinə də toxunub:

 

“Bütün informasiyalar etibarlı şəkildə qorunur. Həmişə serverlərin təhlükəsizlik sertifikatlarını alırıq. İşimizi zamanın tələblərinə uyğunlaşdırmağa çalışırıq. Bütün məlumatların bir nüsxəsi universitetin server otaqlarında, digər nüsxəsi isə etibarlı yerdə saxlanılır ki, məlumat itkisi olmasın. Elektronlaşma üçün tətbiq olunan bütün proqram dillərindən və ən son texnologiyalardan istifadə edirik. Hazırda imtahan sessiyası gedir. Heç bir problem yoxdur və imtahanlara texniki baxımdan yüksək səviyyədə nəzarət edirik”.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub