Canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi - BDU-da onlayn seminar
15.07.2020 23:07

Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə “Canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi” mövzusunda onlayn elmi seminar keçirilib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş seminarda universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov çıxış edərək informasiya-kommunikasiya texnologiyalarının üstünlükləri sayəsində onlayn platformada yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən danışıb.

 

Tədbirin moderatoru, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova keçirilən distant seminarların, ustad dərslərinin elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə mühüm töhfə verdiyini bildirib.

 

Sonra Biologiya fakültəsinin professoru Rövşən Xəlilov “Canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda canlı və cansız təbiətdə rast gəlinən nanohissəciklər, stres amili və onun yaranma səbəbləri, ekosistem anlayışı, Abşeron yarımadasının bitki növlərində aparılan təcrübələr və əldə olunan nəticələr, fototənəffüs, EPR siqnalları, maqnit nanohissəciklər, dünyada bu istiqamətdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır