Harvard tədqiqatı: Zeytun yağı xərçəng və ürək xəstəliklərindən qoruyur
12.01.2022 15:59
Sağlamlığımız üçün ən faydalı məhsullardan biri olan zeytun yağı ilə bağlı yeni bir araşdırma aparılıb.
Aztibb.az xəbər verir ki, Harvard Universiteti tərəfindən aparılan araşdırmada marqarin, kərə yağı və ya digər doymuş yağların əvəzinə zeytun yağından istifadənin xərçəng, ürək və tənəffüs xəstəlikləri, həmçinin demans kimi xəstəliklərdən qoruduğu bildirilir.
Araşdırmanın nəticəsi göstərib ki, 2 çay qaşığı (10 qram) marqarin, kərə yağı və ya süd yağını eyni miqdarda zeytun yağı ilə əvəz edən insanın zeytun yağını az və ya heç içməyənlərlə müqayisədə ümumi ölüm riski 34 %-ə qədər aşağı olur.
Qeyd olunub ki, bənzər araşdırmalar əvvəllər Avropada və xüsusilə zeytun yağı istehlakının daha çox olduğu Aralıq dənizi ölkələrində də aparılıb. Bu tədqiqat isə Amerikalı alimlərin zeytun yağı ilə bağlı 30 ilə qədər davam edən, 90000-dən çox könüllünün iştirak etdiyi ilk uzunmüddətli araşdırmasıdır.
Tədqiqatın nəticələri vaxtından əvvəl ölümün qarşısını almaq üçün doymuş yağ və heyvan yağını zeytun yağı kimi doymamış bitki yağları ilə əvəz etmək tövsiyələrinə əlavə dəstək məqsədi daşıyır.
İsveçdəki Karolinska İnstitutunun epidemiologiya üzrə dosenti Susanna Larsson araşdırma ilə bağlı verdiyi açıqlamada bildirib ki, ən çox zeytun yağı istehlak edən insanların ürək xəstəliyindən ölmə riski 19 %, xərçəng xəstəliyindən ölmə riski 17 % və neyrodegenerativ xəstəlikdən ölmə riski 29% daha aşağıdır.
Araşdırma “American College of Cardiology” jurnalında dərc olunub.
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

