İnqalyasiya zamanı özbaşına istifadə edilən hər bir dərman vasitəsinin yan təsirləri ola bilər - MÜSAHİBƏ
12.01.2022 16:15

Son günlər uşaqlar arasında geniş yayılmış xəstəlik bir çox valideynləri evdə müalicə aparmağa vadar edir. Uşaqlar arasında ən çox yayılmış əlamətlərdən biri də güclü öskürəkdir. Bir çox hallarda valideynlər uşaqlardakı öskürəyin qarşısını almaq üçün ev şəraitində inqalyasiya aparatlarından istifadə etməli olurlar. Bəs ev şəraitində inqalyatorların istifadəsi nə dərəcədə təhlükəsizdir?

 

Kliniki Tibbi Mərkəzin tabeliyində olan Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının Yoluxucu şöbəsinin müdiri Aynur Musayeva Aztibb.az-ın bununla bağlı suallarını cavablandırıb.

 

Öskürək əleyhinə inqalyasiya aparatlarının həkim göstərişi olmadan istifadəsi nə dərəcədə doğrudur?

 

İnqalyatorlardan, eləcə də digər tibbi prosedurlar üçün nəzərdə tutulan alətlərdən həkim təyinatı və nəzarəti olmadan istifadə etmək qətiyyən düzgün deyil. İnqalyatorların müxtəlif növləri var. Bu növlər hər bir xəstəlik və xəstə üçün fərdi göstəricilər əsasında müəyyənləşdirilir. Yalnış cihaz seçimi xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

 

Hansı dərmanlardan göstərişsiz istifadə fəsadlara səbəb ola bilər?

 

İnqalyatorda istifadə ediləcək dərmanı yalnız həkimlər fərdi olaraq, göstəriş əsasında təyin etməlidir. Özbaşına istifadə edilən hər bir dərman vasitəsinin əlavə və yan təsirləri ola bilər. Bəzən bu əlavə və yan təsirlər hətta həyat üçün təhlükə yarada bilər.

 

İnqalyasiya dərmanları necə təyin olunur?

 

Hər bir xəstəyə fərdi yanaşılır və xəstəliyin gedişatına uyğun, həmçinin xəstənin yaşı, çəkisi, dərmanlara həssaslığı, ailə anamnezi nəzərə alınaraq dərman vasitəsi təyin edilir.

 

Hansı məhlulları həkim təyinatı olmadan istifadə etmək olar?

 

Ev şəraitində həkim təyinatı olmadan inqalyasiya etmək tövsiyə olunmur. Əgər inqalyasiya etmək zərurəti yaranarsa, bu zaman ev şəraitində yalnız çay sodası, qazsız mineral sular, evkalipt və mixək yağı, eləcə də digər bitkilərdən istifadə etmək mümkündür.

 

Ümumiyyətlə, inqalyasiya mövzusunda valideynlər nələrə diqqət etməlidir?

 

İlk növbədə, həkim göstərişi olmadan inqalyatorlardan istifadə edilməməlidir. İstifadə zamanı inqalyator başlığının fərdi olmasına diqqət yetirmək vacibdir. Nəzərə alınmalıdır ki, hər bir uşaq fərdidir və hər bir xəstəliyin gedişatı fərdi ola bilər. Bir halda istifadə edilən dərman vasitəsi digər halda effekt göstərməyə bilər. Həmçinin xəstənin fərdi xüsusiyyətləri, yaşı, çəkisi, dərman vasitələrinə qarşı olan effektivliyi nəzərə alınmalıdır. Bütün bu sadaladığımız faktorlar inqalyatorların istifadəsi zamanı inqalyasiya prosesinin keyfiyyətinə və xəstəyə nə dərəcədə yardımçı olacağına zəmin yaradır.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir