Təhlükəli xəstəlik törədiciləri – İşlənmiş batareyalar
12.01.2022 11:24
Batareyaların ziyanı zibil qutusuna düşdükdən və ya sadəcə küçəyə atıldıqdan sonra başlayır.
 
Köhnə batareyaları hara gəldi atmaq, xüsusilə də uşaqlara oynamağa vermək olmaz. Belə batareyalar istifadədən sonra xüsusi qutulara atılmalıdır. Xarici ölkələrdə bu üsul geniş tətbiq olunur.
 
Aztibb.az ekspertlərin rəyinə əsaslanaraq xəbər verir ki, batareyaların tərkibindəki kimyəvi maddələr torpağa, suya, havaya qarışaraq, canlıların xəstələnməsi və zəhərlənməsi ilə nəticələnir.
 
Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr torpağa qarışaraq heyvanların yediklərindən, ya da sulardan insan bədəninə qarışır. Batareyalar torpağı istifadəsi mümkünsüz hala gətirir.
 
İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində mənşəyi bilinməyən şişlər, görmənin zəifləməsi, dəri xəstəlikləri, dermatit, eczema, sümük əriməsi, böyrəklərdə duzlar, daşlar, şişlər, ağciyər xəstəlikləri, allergik bronxit, uşaqların qüsurlu doğulması və gec inkişafı kimi xəstəliklər yaranır.
 
Civə və civə birləşmələri insan və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Batareyadakı civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilər. Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan başqa, bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarma və yaralara, gözlərin zərər görməsinə səbəb olur.
 
İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə eşitmə pozğunluğu, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına gətirib çıxarır.
 
Cəmiyyətimiz batareyaların təkrar istifadəsi probleminə az diqqət yetirir. Hər birimiz gələcək nəslin sağlamlığına diqqət yetirməli və istifadədən sonra batareyaların təkrar emalını təşviq etməliyik.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib