Tibb Universitetində fərqli layihə həyata keçirilib
12.01.2022 10:31
“Təməl EKQ-ni bəlkə də heç bir kitabdan belə asan şəkildə öyrənmək mümkün olmazdı”.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ATU THİK) təşkilatçılığı, Elm və təhsil departamentinin dəstəyi ilə ötən il noyabrın 20-də başlanan "Təməl EKG sertifikasiya videokursu" layihəsi dekabrın sonlarında başa çatıb. Kursda 80-dən çox həkim, rezident, tibb tələbələri iştirak edib.
 
Onlar bu layihə vasitəsilə EKQ-ni və xəstələrə ilkin diaqnoz qoymaq bacarıqlarını mənimsəyiblər. Kursun sonunda iştirakçılar imtahan verib. 75 faiz və yuxarı nəticə göstərənlərə ATU THİK tərəfindən sertifikatlar təqdim olunub. Onlar Master EKG kursuna qatılmaq hüququ qazanıblar. 75 faizdən aşağı nəticə göstərənlərə “iştirak sertifikatı” verilib. Bütün iştirakçılar videokursa istinadən hazırlanmış elektron "Dr.Restart - EKG təkrar kitabçası"nı əldə ediblər.
 
Qeyd edək ki, iştirakçıların əksəriyyəti kursun formatı və məzmunundan razı qalıb. Yüksək bal toplayan Lalə Ayvazova da onlardan biridir. Dediyinə görə, kurs sadə, aydın dillə izah olunub, informativ idi: “Təməl EKQ-ni bəlkə də heç bir kitabdan belə asan şəkildə öyrənmək mümkün olmazdı”.
 
Kursu yüksək dəyərləndirən L.Ayvazova gələcəkdə klinik EKQ-yə dair də kursların təşkil olunmasını təklif edir.
 
Məlumat üçün deyək ki, "Təməl EKG kursu" layihəsinə yenidən start verilib. Qoşulmaq istəyənlər ATU THİK ilə əlaqə saxlaya bilərlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır