Qlobal istiləşmə böyrək daşı riskini artırır - ARAŞDIRMA
11.01.2022 11:42
ABŞ-da aparılan bir araşdırma iqlim böhranı ilə əlaqədar artan temperaturun böyrək daşı olan xəstələrin sayının artmasına səbəb olacağını müəyyən edib.
 
Aztibb.az xəbər verir ki, Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları istixana qazı emissiyalarının səviyyəsinin dəyişməsindən aslı olaraq, böyrək daşı olan insanların sayının artacağını bildirib.
 
Tədqiqatçılar əsrin sonuna qədər Cənubi Karolina ştatında istilik və rütubətlə bağlı böyrək daşı olan insanların sayının artacağını müəyyən etmək üçün iki iqlim ssenarisindən istifadə ediblər.
 
Modelləşdirilən birinci ssenaridə 2100-cü ilə qədər orta temperaturun 2,3 dərəcə, ikinci ssenaridə isə 3,6 dərəcə artması ehtimalı araşdırılıb.
 
Nəticəyə görə, böyrək daşı olan insanların sayının yüzdə 2,2 ilə 3,9 faiz arasında artacağı, hər iki göstəricinin isə xəstələrin sayının çoxalmasına səbəb olacağı və buna görə sağlamlıq xərclərinin də artacağı proqnozlaşdırılır.
 
Müxtəlif iqlim modeli tədqiqatlarının nəticələri göstərir ki, əsrin sonuna qədər orta temperatur 1,1 dərəcə ilə 5,4 dərəcə daha isti ola bilər.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib