Bir sual, bir cavab – Uşaqlarda helmintozlar (qurd xəstəlikləri) haqqında nəyi bilmək lazımdır?
10.01.2022 16:44
Müxtəlif mənbələrdən və səbəblərdən uşaqların orqanizminə parazit və helmintozun daxil olması onlar üçün ciddi təhlükədir.
Qurdlar zamanla toxuma üzvlərini zəhərləyərək, maddələr mübadiləsini pozaraq, orqanizmdən qida mənbəyi kimi istifadə edib, artıb çoxalaraq digər xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Bütün yaş qruplarında rast gəlinsə də, bu xəstəlik uşaqlar arasında daha çox görülməkdədir. Uşaq orqanizmi, immuniteti bəzən elə helmintoz xəstəliyi səbəbindən zəifləyir.
Parazitin orqanizmə daxil olması ağız yolu ilə baş verir. Adətən körpə uşaqlar ətraf mühiti qavrama üçün əşyalara ağızları ilə toxunur. Bu zaman natəmiz əşyalardan parazitlərə yoluxma tez baş verir.
Eyni zamanda, xəstəlik dırnaq yemə, çirkli əllər, əllərin düzgün yuyulmaması, gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır.
Müxtəlif orqanlara yayılan qurdlar orqanizmdə müxtəlif pozulmalara səbəb olur.
Bəs uşaqlarda qurd əlamətləri hansılardır?
Əgər uşaqda yorğunluq, öüzünü əzgin və halsız hiss etmə əlaməti varsa bu, qurd xəstəliyi ola bilər. Yaxud ishal olarsa, qida qəbulundan sonra mədə-bağırsaqda köpmə, tez-tez qida zəhərlənmləri baş verərsə, dəridə qaşınmalar, səpgilər, gecələr yuxuda diş qıcanmalar və qəfil oyanmalar rastlanırsa, bunlar qurd xəstəliklərinin əlaməti hesab olunur.
Uşaqlarda askarid orqanizmi üçün daha təhlükəli parazitdir. Çünki onun sürfə mərhələsi ağciyərdə olur. Askarid ağ ciyərdə iltihab yaratdığı üçün uşaqlarda öskürək kimi əlamət də verir. Bir askarid bədəndə daha ciddi fəsad törədə bilər.
Uşaqlarda qurd xəstəliklərinin dəqiq müayinəsi vacibdir. Bunu isə valideyn özbaşına yox, həkim nəzarəti ilə etməlidir. Onun müalicəsi də həkim pediatr və ya parazitoloq tərəfindən aparılır. Aşkar olunmuş parazitdən asılı olara müxtəlif dərmanlardan istifadə olunur.
Bioloji Təbabət klinikasının pediatrı Sevinc Abdullayeva
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

