Həkim reportajı: 8 səbəb ürəkgetməsinə əsas yaradır
10.01.2022 15:12
Gözlər qəfil qaralır və adam çaşqın halda yerə yıxılır. Demək olar ki, hər yaşda və istənilən mühitdə yarana bilən problemin adı cəmiyyətdə ürəkgetmə, huş itirmə olaraq bilinən senkopdur.
Huşunu itirmə qan axınının və ya beynin oksigenləşməsinin azalması nəticəsində yaranan müvəqqəti şüur itkisi kimi müəyyən edilir.
Araşdırmalara görə beyinə qan axınının 6-8 saniyə dayanması və ya sistolik (yüksək qan təzyiqi) qan təzyiqinin 66 mmHg-dən aşağı düşməsi ürəkgetməsinə səbəb ola bilər.
Ürək-damar xəstəlikləri
Damarların tıxanması, sərtliyi kimi ürək-damar xəstəlikləri ürəkgetmənin ilk səbəblərindəndir. Əgər huşunu itirmə faktorunun ürək mənşəli olduğunu müəyyən etmək mümkün deyilsə, xəstəlik irəliləyir və infarkt kimi həyat üçün təhlükəli nəticələr yarana bilər.
Reflekslər
Bəzən gözlənilməz reflekslərimiz nadir hallarda ürəkgetmə ilə nəticələnə bilər. Asqırma, öskürək, ağlama, sidiyə getmə, həddindən artıq qorxu və ya gülüş kimi hallar beynə gedən oksigen miqdarını azaldaraq, huşunu itirməyə səbəb olur.
Stress
Emosional stress adi görünsə də huşunu itirmə zamanı ciddi fiziki travma və pis nəticələrə səbəb ola bilər. Şok kimi faktorlar və ya hər hansı bir vəziyyətdə həddindən artıq narahatlıq və qorxu kimi faktorlar nəticəsində beyində qan axını azaldıqda ürəkgetməsi baş verir.
Damarların tıxanması
Beynin və damarların tıxanması ürəkgetmənin ciddi səbəblərindən biridir. Bu, xüsusilə iri damarların tıxanmaları nəticəsində inkişaf edir.
Aşağı qan şəkəri
Huşunu itirmə hipoqlikemiyası olan diabetli xəstələrdə ümumi bir problemdir. Bu hal tərləmə və ağız quruluğu ilə müşayiət olunur.
Zəhərlənmələr
Tənəffüs yolu ilə zəhərlənmələr də tez-tez huşunu itirməyə səbəb olur. Bunlar zəhərli kimyəvi qazlar, məişət təmizləyici məhsullar və boyalar ola bilər.
Epilepsiya
Beyində elektrik boşalması səbəbiylə ürəkgetmə yaşanır. Bu, adətən qol və ayaqlarda rast gəlinməyən narahatlıqlar, dili dişləmə, xırıltı və sidik qaçırma ilə müşayiət olunur.
Dərmanların əks təsirləri
Bəzi dərmanların yan təsirləri də ürəkgetməyə səbəb ola bilər. Belə olduqda mütləq şəxsin istifadə etdiyi dərmanlar yoxlanılmalıdır.
Nevroloq Elvan Akkılıç
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

