Fleksitarian pəhrizinə keçməliyik. Alimlər belə hesab edirlər
09.01.2022 21:16
2050-ci ilə gedən davamlı ekoloji yolda əsas element əsasən bitkilərdən təşkil olunan pəhrizdir.
 
Bir sıra sağlam pəhrizlər var, amma sonuncu elmi məlumatlara əsasən, onların hamısında ümumi olan şey bitki qidasının üstünlük təşkil etməsidir.
 
Aztibb.az xəbər verir ki, alimlərin fikrincə, əgər dünya iqlim dəyişikliyi, su çatışmazlığı və ətraf mühitin çirklənməsi ilə mübarizəyə hazırlaşırsa, o zaman insanların Fleksitarian pəhrizinə keçməsi lazımdır.
 
Bəziləri bunu Aralıq dənizi pəhrizi adlandırır. Alimlər bildirir ki, əgər dünya bu pəhrizi saxlasaydı, kənd təsərrüfatından gələn istixana qazı emissiyaları iki dəfədən artıq azalardı.
 
Lakin pəhrizin dəyişməsiylə yanaşı, kənd təsərrüfatı üsullarını da dəyişdirmək lazımdır. Mövcud əkin sahələrinin məhsuldarlığını artırmaq, su ehtiyatlarından rasional istifadə, gübrə istifadəsini minimuma endirmək və onları təkrar emalda tətbiq etmək.
 
Mütəxəssislər sağlamlıq üçün ən faydalı olan meyvə, tərəvəz və paxlalı bitkilərin məhsuldarlığının yaxşılaşdırılmasını nəzərdən keçirib. Həmçinin sudan istifadənin effektivliyinin yüksəlməsinə və gübrələrin utilizasiyasına diqqət çəkilib.
 
Tədqiqatçılar həmçinin hesablayıblar ki, əgər istifadə olunmayan qida miqdarını iki dəfə azaltsaq, o zaman kənd təsərrüfatının ətraf mühitə təsiri 16 % azalacaq.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib