Nəmişliyin törətdiyi xəstəliklər: Necə mübarizə aparmalı?
09.01.2022 19:28
Qapalı məkan havası ilə əlaqəli simptomlar olduqca geniş yayılıb və onların etiologiyası adətən təkcə nəmin zərərlərindən ibarət deyil.
 
Aztibb.az xəbər verir ki, nəmdən zərər görmüş yerlərdə kif müzakirə edilərkən, maya və bakteriyalar (yəni Aktinomisit) nəzərdə tutulur. Bunlar insanın sağlamlığı üçün təhlükəli mikroorqanizmlərdir.
 
Kif insan orqanizminə daxil olaraq ağır fəsadlara səbəb olur. Kif göbələyindən xüsusilə də uşaq və yeniyetmələr, immun sistemi zəif olanlar əziyyət çəkir.
 
Kif göbələyinin sporu evdə hər yerə - mebel, hətta qida məhsullarının üzərinə yayılır. Evin soyuq yerlərində nəmişliyin olması kifin inkişafı üçün şərait yaradır. Kif göbələyi əsasən hamamda, damda, pəncərənin altında, evin künclərində, dolabların arxasında sürətlə artır.
 
Göbələk təmizliyə xüsusi fikir verilən evlərdə belə yaranır. Ətrafla otağın daxilindəki havanın temperaturunda kəskin fərq olduqda, evin havası yaxşı qızdırılmadıqda və havası pis dəyişdikdə kif göbələyi yaranır.
 
Kif insan orqanizminə daxil olduqda dəri xəstəlikləri, dermatoz və mikozlara, xroniki yuxarı tənəffüs orqanları xəstəliklərinə, öskürəyə səbəb olur. Oynaqlarda problemlər, revmatizm inkişaf edir. İnsan özünü zəif və yorğun hiss edir. Miqren də özünü göstərir.
 
Göbələk saçları və dırnaqları da zədələyə, mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıra bilir.
 
Kif göbələyi yayılmasın deyə otağın havası tez-tez dəyişdirilməlidir. Məhz bu, kif göbələyinin yayılmasına imkan vermir. Amma nəzərə alın ki, evin divarları soyumasın deyə qışda nəfəsliyi çox açıq qoymaq olmaz.
 
Evdə otaqlar yaxşı qızdırılmlıdır. Yaş paltarlar evdə qurudulmamalıdır. Hamam və ayaqyolunun havası yaxşı dəyişdirilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib