Cəlilabad rayonunda tibbi aksiya təşkil olunub
31.12.2021 09:29

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi aksiya Cəlilabad rayonunda təşkil olunub.

 

Aksiya “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının birgə təşkilatçılığı ilə reallaşıb.

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya Cəlilabad və ətraf rayonlardan, ümumilikdə 300-dən çox vətəndaşımızı əhatə edib.


Aksiya çərçivəsində müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan onkoloq, kardioloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə 45 nəfərdən ibarət könüllü həkim heyəti tərəfindən aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub