ATU-nun tələbələri şəhid və qazi ailələri üçün keçirilən aksiyada fəallıq göstəriblər
29.12.2021 10:47

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və TƏBİB-in birgə təşkilatçılığı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya təşkil olunub.

 

Aksiya çərçivəsində Bakı şəhərində müxtəlif dövlət və özəl xəstəxanalarda çalışan onkoloq, kardioloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə 45 nəfərdən ibarət könüllü həkim heyəti tərəfindən Cəlilabadda 300-dən çox şəhid və qazi ailələrinin üzvləri müayinə olunub. Onlara müvafiq müalicə kursları təyin edilib, zəruri dərman vasitələri ilə təmin olunub, eləcə də digər patologiya aşkar edilən xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Aparılan müayinələr zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonradan ixtisaslaşmış tibb müəssisələrində tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət yarandıqda, cərrahiyə əməliyyatları həyata keçiriləcək.

 

Silsilə tədbirlər şəklində baş tutan tibbi aksiyada ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirovanın təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə bu universitetin tələbələri də iştirak ediblər.

 

Aksiyaya fakültənin 5-ci kurs tələbələri Azayev Zahid, Süleymanov Musa, Ünal Muhammed Yarıcı, 6-cı kurs tələbələri Əhmədova Nərmin, Əsədova Kəmalə, Heydərov Rüfət, Xasıyeva Ülkər, Qarakişiyeva Rəqsanə, Şahbazzadə Fəridə, Yusifova Aysel olmaqla 10 tələbə qatılıb. Tələbələr müxtəlif ixtisaslar üzrə bölünərək EKQ, tiroid və abdominal USM-si, oftalmoskopiya, görmə itiliyinin müayinəsi, palpasiya, auskultasiya, qan təzyiqinin ölçülməsi, qlükometriya kimi müayinələri sərbəst şəkildə həyata keçirib, öz bilik və bacarıqlarını nümayiş etdirməklə, həkimlərə dəstək olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub