Ateroskleroza son qoyan möcüzə: Təbii dərman yemişan
23.12.2021 19:23
Yemişan Avropa, Şimali Amerika və Asiyada yayılmış meyvədir və yüzlərlə növü var. Çox zəngin qida dəyərlərinə malik olmaqla yanaşı, kəskin dadı və bir qədər şirin ətri var. Sarıdan tünd qırmızıya qədər dəyişən bu meyvənin sirkəsi bir çox dərdlərə şəfa verir.
 
Aztibb.az xəbər verir ki, yemişan bitkilərdə ən təsirli antioksidant birləşmələrdən biri olan polifonellə çox zəngindir. Antioksidantlar isə bədəndə xərçəngdən damar xəstəliklərinə qədər böyük zərərə səbəb olan sərbəst radikallarla mübarizədə əhəmiyyətlidir.
 
Hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikalların artması havanın çirklənməsi və siqaret kimi ekoloji faktorlar, həmçinin zərərli qidalar səbəbindən baş verə bilər. Bu maddələrin yaratdığı pozğunluqlar xərçəng növləri, diabet, astma və ürək-damar xəstəliklərinə səbəb yaradır.
 
Yemişan isə tərkibindəki polifenollar sayəsində bütün sərbəst radikalların yaratdığı problemi aradan qaldıra bilir.
 
Ənənəvi Çin təbabətində min illərdir ki, yemişan yüksək təzyiqi müalicə etmək üçün ən çox istifadə edilən qidalardan biridir. Tədqiqatlar göstərir ki, yemişan qan damarlarını rahatlaşdıra və bununla da qan təzyiqini aşağı sala bilər.
 
10 həftəlik bir araşdırma, yüngül dərəcədə yüksək qan təzyiqi olan 36 fərqli insanda yemişan istehlakının təsirlərini ortaya çıxarıb. Bu araşdırmanın sonunda məlum olub ki, gündə 500 mq yemişan ekstraktı qəbul edənlərin yüksək təzyiqi aşağı düşüb.
 
Digər bir araşdırmada tədqiqatçılar 16 həftə ərzində hər gün 2-ci tip şəkərli diabet və yüksək qan təzyiqi olan 79 nəfərə yemişan ekstraktı tətbiq ediblər və qan təzyiqində yaxşılaşma müşahidə edilib. Beləliklə, yemişanın qan təzyiqini tənzimləyərək xroniki təzyiq pozğunluğundan qoruduğu və təzyiqi, ateroskleroz xəstəliyi olanlara uzunmüddətli müsbət təsir göstərdiyi sübut olunub.
 
Yemişan sirkəsini necə istehlak etmək olar? Bir stəkan suya bir çay qaşığı yemişan sirkəsi əlavə etmək kifayətdir. Gündə iki dəfə istehlak edilməli olan bu qarışığı səhər və axşam içmək lazımdır. Ən az 8 saat ara verilməsi tövsiyə edilir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib