Qədim təbiblərdən: Qozu 1 gecə suda saxlayıb içsəniz...
20.12.2021 16:42
Hər kəsin istehlak etməli olduğu qidalar arasında yer alan qozun faydaları saymaqla bitmir.
 
Bütöv qozu bir stəkan suya qoyub bir gecədə saxlayın, alınan qoz şirəsini mütəmadi olaraq istehlak edin və faydalarını görün.
 
Aztibb.az xəbər verir ki, bu şirə həzm sistemi üçün əla köməkçidir. Qəbizliyi aradan qaldırır. Həm də qaz problemi və şişkinlik kimi narahatlığın qarşısını alır. Ağrılı menstruasiya keçirən qadınların bu dövrü daha rahat keçirməsinə şərait yaradır.
 
Qoz şirəsi süd verən və hamilə qadınlara da məsləhət görülür. Hamiləlik zamanı artıq çəki artımının qarşısını alır. Bundan əlavə, süd verən analarda qoz suyunun tərkibindəki vitaminlər də süd vasitəsilə körpəyə keçir. Bu dövrdə körpə üçün lazım olan vitaminlər təbii şəkildə qəbul edilir.
 
Tərkibindəki vitaminlərlə beynin funksiyalarını gücləndirir. Beləliklə, gələcəkdə Alzheimer kimi beyin xəstəliklərinə tutulma riskini azaldır.
 
Qoz suyu arıqlamağa kömək edir. Tərkibindəki zülal ekstraktları ilə bədənin yağ yanmasını sürətləndirir və beləliklə arzuolunmaz bölgələrdə yağların yığılmasına təsir edir. Maddələr mübadiləsini də sürətləndirdiyi üçün arıqlamağa çalışanların hər gün ac qarına bir stəkan qoz suyu içmələri tövsiyə olunur. Bu bəzi pəhriz proqramlarında yeməklər arasında istehlak edilə bilən bir içkidir.
 
Dərinin yumşalmasını və daha sağlam görünüşünü təmin edir. Sızanaq kimi dəri problemlərinin müalicəsində də istifadə olunur. Dırnaqları və saçları gücləndirmək üçün qulluq vasitəsi kimi də məsləhətdir.
 
Qoz suyu yuxu problemi olanlar üçün vacib bir içkidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu rahat yatmağınıza kömək edir.
 
Yorğunluq, gərginlik və zəiflik kimi problemləri azaldır, həyat keyfiyyətinizi yaxşılaşdırır.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib