Yaxşı yata bilmək üçün somnoloqların 5 məsləhəti
17.12.2021 21:41
Yatağa uzanan kimi yuxuya getmək istəyirik, amma heç cür alınmır. Bu problemi çox insan yaşayır.
Aztibb.az xəbər verir ki, somnoloqların aşağıdakı məsləhətləri ilə beyninizi sakitləşdirib dərin bir yuxuya gedə bilərsiz.
Həqiqətən yorğun olduğunuzdan əmin olun
Yatağa ancaq yatmağa hazır olduğunuz vaxtda girməyiniz yuxuya getmənizi xeyli asanlaşdırar. Səhərlər yataqdan yorğun qalxanda gün işığına çıxın və gün ərzində Günəşdən mümkün qədər çox faydalanmağa çalışın.
Gün ərzində idman hərəkətləri etmək də vacibdir, ancaq yatağa girməzdən 4 saat əvvəl bu hərəkətləri bitirmək lazımdır, çünki adrenalin də yuxuya getmənizə mane ola bilər.
Yeyib-içdiklərinizə diqqət edin
Yaxşı yuxu yaxşı hazırlıq tələb edir. Məsələn, günün sonuncu kafeinli içkisini yatağa girməzdən ən azı 6 saat əvvəl içmək lazımdır.
Kafein orqanizmdə doqquz saata qədər qala bilir. Ona görə də gecə tez yuxuya getmək üçün günortadan sonra çay, kofe və ya kola kimi içkilərdən uzaq durmalısınız.
Çox adam acqarına yuxuya gedə bilmir. Ancaq dolu mədəylə də yatmaq çətindir.
Yatağa girməzdən ən geci 4 saat əvvəl yeməyə çalışın, yuxunuza mane olacaq və ya sizi yuxudan oyandıracaq ağır və şəkərli yeməklərdən uzaq durun.
Yatmazdan əvvəl bu üsuldan istifadə edin
Yatağa girməzdən əvvəl sizi rahatladan bir üsuldan istifadə etsəniz, bu, həm beyninizin, həm də bədəninizin dincəlməsinə səbəb olar. Hər hansı bir üsuldan istifadəni adət halına gətirsəniz, həm beyniniz, həm də bədəniniz bunu yuxu zamanın gəldiyinə işarə kimi qəbul edəcək.
Belə üsullar arasında isti hamam və ya duş, meditasiya, həyat yoldaşınızla və ya digər ailə üzvlərinizlə söhbət, gündəlik yazmaq, kitab oxumaq və ya tutqun işıqda musiqi dinləmək ola bilər.
Yuxu gigiyenanızı qoruyun
Yatmazdan əvvəl mütləq çimmək və ya dişlərinizi fırçalamaq məcburiyyət deyil. Yaxşı yuxu gigiyenası yuxu üçün ideal şərait yaratmak deməkdir. Nizamlı yuxu planına sahib olmaq, alkoqoldan uzaq durmaq və yataq yerinə diqqətlə yanaşmaq.
Yataq otaqlarından ancaq yatmaq üçün istifadə etməyə çalışmalıyıq. Çox adam qaranlıq, səliqəli, sərin və elektron cihazların olmadığı otaqda daha yaxşı yatır.
Yatmazdan ən azı bir saat əvvəl hər hansı elektron cihazın ekranına baxmaq məsləhət görülmür. Çünki bu, həm yuxunuzu qaçıracaq, həm də bir çox televizorların və ağıllı telefonların ekranından çıxan mavi işıq beyninizin hələ xeyli oyaq qalmasına səbəb olacaq.
Əgər hansısa elektronik cihaz vasitəsilə musiqi dinləyirsizsə, yuxuya getməzdən əvvəl cihazın özü-özünü dayandırması üçün saat qurun.
Unutmayın ki, yuxu bir nömrəlidir
Uğurlu insanların gündə sadəcə 4 saat yatmalarıyla öyündüklərini yəqin ki, siz də eşitmisiz. Ancaq insanların böyük əksəriyyəti bu rejimlə yaşaya bilməz.
Cəmi bir neçə saatlıq yuxunun sizə bəs etdiyi görünə bilər, ancaq bunun uzun müddət davam etməsi fiziki və ruhi sağlamlığınıza zərər vura bilər.
Davamlı olaraq 5 saatdan az yatmaq ürək tutması, insult və ya xərçəng riskini artırır. Bundan başqa, bir çox tibbi məlumatlar az yuxunun ömrü qısaltdığını göstərir.
Ona görə də nizamlı bir yuxu planına sadiq qalaraq hər gecə 7-8 saat yatmağa səy göstərin. Bunun üçün hər gecə yatağa eyni saatda girməyə və həftə sonları da daxil, hər səhər eyni saatda qalxmağa çalışın.
Bu bölməyə aid digər xəbərlər
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 | 09:30
Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir
02.08.2026 | 19:20
Şüursuz məşqlər onurğa sağlamlığınızı təhlükə altına alır
25.03.2025 | 12:33
Yaz fəslinə həkimlərin tövsiyəsi ilə sağlam keçid edin
08.03.2025 | 15:15
Angioqrafiya - Neyrocərrahiyədə tətbiqi və əhəmiyyəti
17.06.2024 | 10:31
Pediatr: "İmmunlaşdırma həftəsi" Səhiyyə Nazirliyinin planlaşdırdığı işin mühüm elementidir
30.04.2024 | 13:27
Ümumdünya Əməyin Mühafizəsi Günü - İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri
28.04.2024 | 08:02
Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 | 14:09
Azərbaycanda Milli Mətbuat Günüdür
22.07.2023 | 09:00
Narkoloq: Qadın alkoqolizmindən sağalmaq üçün kifayət qədər alət və üsullar var
18.06.2023 | 16:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

