Həkim reportajı: Ürəkbulanma hiss edirsinizsə, infarkt keçirə bilərsiniz!
17.12.2021 12:45
Sinə və boyun nahiyəsində ağrı, nəfəs darlığı və baş gicəllənməsi kimi infarktın bəzi məlum əlamətləri vardır.
 
Ancaq bunlar ürək problemlərinin yeganə simptomları deyil. Bəzən mədə şikayətləri də ola bilər. Mədədə ağrılar başlanğıcda kəskin və qeyri-müntəzəm olur. Adətən qarının yuxarı nahiyəsində olur.
 
Zaman keçdikcə ağrı daha güclü və davamlı olur. Ürək sağlamlığının pis olduğunu göstərən mədə ağrısı adətən mədənin yuxarı sol tərəfində hiss olunur.
 
Ürəyin damarlarının tıxanması qarın nahiyəsində parasimpatik sinir təsirlərinə səbəb olur və həzm sistemi problemlərinə gətirir. Ürək bulanması ilə yanaşı, mədə turşuluğunun artması səbəbindən həzmsizlik, yanma, ürək yanması və mədədə qaz yaranması artır.
 
Bundan əlavə, bəzi ağır infarktlar mədə-bağırsaq sisteminin qidalanmasını pozaraq həzm pozğunluğuna səbəb olur.
 
Xəstə yeməyi həzm edə bilmir və həzm zamanı istifadə olunan daha çox turşu ifraz olunur. Mədədə həddindən artıq turşunun olması mədə divarlarında eroziyaya səbəb olur və bu, ürək bulanmasına gətirir.
 
Problemə vaxtında diqqət yetirilməzsə, xora əmələ gəlməsinə səbəb olur. Əslində burada əsas problem ürəyin qidalanmaması və stress hormonlarının artmasıdır.
 
 
Uzman kardioloq Zəkəriyə Nurqələm
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib