Həkim reportajı: Sümüklər üçün əvəzolunmaz ikili
16.12.2021 16:29
Düzgün və sağlam qidalanma bir çox sağlamlıq probleminin qarşısını almaqla yanaşı, sümük quruluşu üçün də çox vacibdir. Xüsusilə daha çox irəli yaşlarda görülən sınıqların və osteoporozun qarşısını almaq və sümükləri gücləndirmək üçün kalsium, maqnezium, kalium, D vitamini və omeqa-3 baxımından zəngin qidalar istehlak edilməlidir.
 
Kalsiumla zəngin olan qida məhsullarına süd, pendir, kəsmik, soya, fıstıq, qoz, badam, kələm, balıq və. s. daxildir.
 
Tərkibində kalsium olan qidalar güclü sümüklər üçün ağla gələn ilk qida qrupudur. Əgər kalsium kafi miqdarda alınmazsa, orqanizm qandakı kalsiumu tarazlaşdırmaq üçün sümüklərdəki kalsiumu alır. Bu da gələcəkdə bir çox xəstəliklərə yol açır.
 
Həmçinin osteoporoz kimi xəstəlik meydana gələ bilər. Kalsium vacibdir, lakin tək başına kifayət deyil. Kalsiumu digər minerallar və vitaminlərlə birlikdə qəbul etmək lazımdır. Bu sümük keyfiyyətinin artırılmasında daha təsirli olur.
 
Ümumiyyətlə kalsiumun udulması sümük sağlamlığı üçün vacibdir. Pəhrizdəki kalsiumun yalnız 50 faizi udulur. Kalsium və fosfor birlikdə işləyən iki vacib mineraldır və bərabər miqdarda istehlak edildikdə onların udulması artır.
 
Qeyd edim ki, bədənə kifayət qədər zülal və lazımi mineralları almaq üçün mütəmadi olaraq ət və süd məhsulları istehlak etmək lazımdır.
 
 
 
Op. dr. Özgür Ortak
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib