Tibbi sığorta üzrə zərfdə il ərzində keçiriləcək əməliyyatın limiti qoyulub: 300 əməliyyat
14.12.2021 12:30
“Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda təlim keçirilir.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva ölkəmizdə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində il ərzində 300 əməliyyatın icrası limitinin qoyulduğunu bildirib.
 
Qeyd edib ki, limitlər həm koxlear, həm də bud və diz oynağının aid olduğu oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır. Gələcəkdə xidmətlərin limitinin artırılması nəzərdə tutulur.
 
“Xidmətlər Zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib. Hazırda zərfə 2 550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavə edilməsi planlaşdırılır. Zərfdən hər hansı xidmətlərin çıxarılması nəzərdə tutulmayıb. Amma müəyyən təsnifat kodları dəyişdirilə bilər", – deyə agentliyin rəsmisi bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib