Xərçəng xəstələrinə “mavi əqrəb zəhəri” xəbərdarlığı
13.12.2021 19:51
İndiyə qədər elmi araşdırma nəticəsi məlum olmayan mavi əqrəb zəhərinin internetdə “xilasedici dərman”, “peyvənd” adı ilə xərçəng xəstələrinə təklif edilməsi və məhsulun satılması mütəxəssislərin narahatlığına səbəb olub.
 
Aztibb.az xəbər verir ki, bügünədək xərçənglə bağlı çoxsaylı elmi araşdırmalar olsa da, əqrəb zəhəri ilə xəstəliyin müalicə olunmasına və xəstənin sağalmasına dair heç bir hesabat yoxdur. Əksinə, bu məhsulların istifadəsi çox ciddi mənfi nəticələrə səbəb ola bilər.
 
Səhiyyə rəsmiləri bildirir ki, “mavi əqrəb zəhəri”adlı aktiv tərkibli məhsulların xəstələrə müsbət təsiri ilə bağlı əsaslı sübut yoxdur. Yeganə mənbə internetdə istinad olaraq göstərilən faydalı hekayələridir və belə hekayələr elmi olaraq qəbul edilməyən nəşrlər hesab olunur.
 
Mütəxəssislər əqrəb zəhərinin xüsusiyyətləri ilə bağlı hər il araşdırmaların aparıldığını bildirirlər. Müxtəlif ölkələrdə heyvan zəhərlərindən, o cümlədən əqrəb növlərinin zəhərindən, ilan zəhərindən, arı zəhərindən dərmanlar hazırlanmağa cəhd edilir.
 
Əsaslı tədqiqatlar aparılarsa, əqrəb zəhəri kimi "mavi əqrəb zəhəri" birləşmələri inkişaf etdirilərək gələcəkdə xərçəng müalicəsində istifadə oluna bilər. İndiki halda isə effektiv tərkibi əldə etmək və müvafiq dozanı təyin etmək üçün daha çox elmi araşdırmalara ehtiyac var.
 
Elmi effektivliyi sübuta yetirilməmiş hər hansı bir dərman, maddə və ya metodun istifadəsi sırf eksperimental xarakter daşıyır və mənfi nəticələrə səbəb ola bilər. Xəstələr özlərinə tövsiyə olunan belə bir məhsulu həkimlərinin xəbəri və razılığı olmadan istifadə etməməlidirlər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib