Xəstəliklərimiz xarakterimizə bağlı oila bilərmi? Araşdırma
12.12.2021 22:20
Tədqiqatlar sübut edir ki, insanın bütün xəstəlikləri xarakteri, xüsusiyyətləri ilə bağlı olub, həyata düzgün olmayan münasibət və bununla bağlı yaranan neqativ hallardan qaynaqlanır. Başqa sözlə, istənilən xəstəlik öncə zehni səviyyəsində yaranır, sonradan inkişaf səviyyəsinə görə orqanizmdə əlamətlərini büruzə verir.
 
Aztibb.az mütəxəssislərin  rəyinə əsaslanaraq xəbər verir ki, əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.
 
İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.
 
Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.
 
Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, Parkinson xəstəliyinə də meyilli olurlar.
 
Dərdini içində saxlayan adamlarda xərçəng və infarkt ehtimalı daha çoxdur.
 
Qarşısındakı insana qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar da uzun yaşayırlar.
 
Narahat xarakterli adamlar təzyiq xəstəliyinə daha çox meyilli olurlar.
 
Gəzməyi, insanlar arasında olmağı, söhbət etməyi çox sevən adamların ürək xəstəliklərinə tutulmaq ehtimalı daha azdır. Bu cür adamlar xəstəliklərə qarşı asan mübarizə apardıqları üçün tez sağalırlar. Ancaq bununla yanaşı, onlar köklüyə meyillilikləri ilə də seçilirlər.
 
Deyilənlərin əksinə olaraq, zarafatcıllıq heç də uzunömürlülükdən xəbər vermir. Bunun əsas səbəbi isə belə adamların həyatdakı təhlükələri görməməzliyə vurmağa çalışmalarıdır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev