Qazaxıstanlı rezidentlər ATU-da təcrübə keçiblər
11.12.2021 11:04

Azərbaycan Tibb Universiteti (ATU) ilə Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, rezidentlər Tinalinov Adil Muratoviç və Serik Dana Armanqızı 29.11-11.12.2021-ci il tarixlərində ATU-nun Tədris Cərrahiyyə Klinikasında klinik təcrübə keçiblər. A.Tinalinov travmatologiya və ortopediya, D.Serik isə fizioterapiya və reabilitasiya ixtisası üzrə öz bilik və bacarıqlarını artırıblar.

 

ATU Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov qonaq rezidentləri qəbul edib. M.Orucov universitetlərimiz arasında əməkdaşlığın yeni başlanmasına baxmayaraq, artıq əməli tədbirlərin həyata keçirildiyini qeyd edib. Qazaxıstanlı rezidentlər onlar üçün yaradılan yüksək dərs şəraiti və qonaqpərvəlik üçün ATU rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda rezidentlərə təcrübə keçmələri haqqında müvafiq sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır