Həkim reportajı: Bu xəstəlik nəfəs darlığı və xroniki öskürəklə bilinir
10.12.2021 16:38
Ağciyər toxumasının sərtləşməsi kimi tanınan İdiopatik Pulmoner Fibroz (İPF) xroniki ağciyər xəstəliyidir. Bu müalicə tələb edən uzunmüddətli xəstəlikdir.
 
İdiopatik səbəbi bilinməyən deməkdir. Xəstəlik zamanı ağciyərdə kiçik hava kisələri və qan damarları arasındakı boşluqlarda və toxumalarda çapıqlar əmələ gəlir. Bu sahə ağciyər interstitiumu adlanır. İPF bu toxumanın iltihablı xəstəliyidir.
 
İnterstisial ağciyər xəstəliyinin bir çox başqa növləri var və onlar İPF-dən fərqli şəkildə müalicə olunurlar. İPF və ya başqa bir interstisial ağciyər xəstəliyiniz olub olmadığını öyrənmək üçün həkimə müraciət etmək çox vacibdir.
 
Ciyərdə çapıqlar pisləşdikcə ağciyərlər sərtləşir. Bu, dərin nəfəs almağı, eyni zamanda ağciyərlərin qana oksigen göndərməsini çətinləşdirir.
 
İPF-nin iki əsas əlaməti nəfəs darlığı və xroniki öskürəkdir. Əksər insanlar nəfəs darlığını ilk olaraq məşq və ya təpəyə qalxmaq kimi fiziki fəaliyyətlər zamanı hiss edirlər. Ağciyərdəki çapıqlar pisləşdikcə nəfəs darlığı da pisləşir. Duş qəbul etmək, pilləkənlə qalxmaq, geyinmək və yemək kimi gündəlik fəaliyyətlərə mane ola bilər.
 
İPF-nin diaqnozu çətin qoyulur, çünki bir çox ağciyər xəstəliklərində nəfəs darlığı və öskürək əlaməti var. Bəzi ağciyər xəstəliklərində olduğu kimi sinə rentgenoqrafiyası çıxarılır. İPF diaqnozunu qoya biləcək tək bir test yoxdur. Bir neçə fərqli testə ehtiyacınız ola bilər.
 
Həkim Tuğçə Hürkal
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib