İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri – Dəvə taunu
08.12.2021 10:43
İnfeksion xəstəlik olan Pestis camelorum ağciyərlərin zədələnməsi, müxtəlif orqan və toxumalarda çox saylı zədələrin meydana çıxması və s. əlamətləri ilə bilinir.
 
Aztibb.az dünyanın əksər ölkələrində qeyd alınan bu təhlükəli xəstəlik haqqında oxucuları ilə paylaşır.
 
Gəmiricilərin taun ocağı Asiya, Afrika və Amerikada, eləcə də keçimş SSRİ-nin şərq və cənub-şərq regionlarında müşahidə olunmaqla insanlar və dəvələr üçün təhlükə yaradır.
 
Xəstəlik güclü ekzo və endotoksin törədiciyə aid olmaqla, eritrositləri hemolizə uğradır. Törədiciləri yüksək temperatur və qurumanın təsirinə həssasdır.
 
İnfeksiya törədiciləri taxılda 40 sutkayadək, torpaqda 7 ayadək, duzlanmış dəvə ətində 5 ayadək, xəstəlikdən ölmüş cəsədlə 18 ayadək yaşama qabiliyyətini saxlayır.
 
İnfeksiya törədicisinin təbii rezervuarı gəmiricilər hesab olunur. Xəstəliyə 300 növdən çox gəmirici tutulur. Dəvələrdən başqa, qoyun, keçi, donuz, pişik və uzunqulaqlar da xəstəliyə tutulurlar.
 
Təbii olaraq dəvələrdə xəstəliyə tutulma, taunla yoluxmuş gəmiricilərin təmasda olması və dəvələri dişləməsi sayəsində baş verir.
 
Xəstəliyə tutulmuş dəvələr, törədicini, burun axıntısı, yara nahiyəsindən qanaxma ilə, atılmış bala (abort), süd və sidik vasitəsi lə xaricə ifraz edirlər.
 
İnsanlar təbii şəraitdə xəstəliyə həssas omlaqla, yoluxma əsasən xəstəliyə tutulmuş heyvanların ət və süd məhsullarından istifadə edən zaman baş verir.
 
İnsanların yoluxmasında həmçinin taunlu gəmiricilər də mühüm rol oynayır.
 
Xəstəlik törədicisinin toksiki təsiri nəticəsində bir sıra orqanlarda, xüsusilə ürək əzələsində degenerativ dəyişikliklər, eləcə də qan sağıntıları meydana çıxır.
 

 
Xəstəlik nəticəsində ağ ciyərlərdə iltihab prosesi, əvvəlcə serozlu-hemorroji, sonra isə nekrotiki xarakterə malik olur.
 
İnkubasiya dövrü 1-6 gündür. İnsanlarda bu dövr 207 gündür.
 
Xəstəliyə yoluxmuş insanlarda qızdırma, halsızlıq, nəbzin tezləşməsi və aritmiya əlamətləri xarakterik sayılır. Orqan və toxumalarda çoxsaylı qan sağıntıları qeydə alınır. Ağciyər, qaraciyər, dalaq və ürək qanla dolu olur. Limfa düyünləri hiperplaziyaya uğrayır, ağciyərlərdə-pnevmoniya müşahidə olunur.
 
İnsanlarda təhlükəsizliyin təmin edilməsində, sanitariya-gigiyena qaydalarına, şəxsi profilaktkiaya ciddi əməl olumnası vacibdir. Xəstəlik zamanı laboratoriya müayinələri xüsusi mühitlərdə aparılmaqla, şəxslər taun əleyhi geyim forması ilə təmin olunmalıdır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib