Bu xəstəliklər baş gicəllənməsi və müvazinətsizlik əmələ gətirir. Yanlış müalicəyə getməyin!
07.12.2021 13:00
Baş gicəllənmə və müvazinət pozğunluğu bir sıra xəstəliklərin əlaməti ola bilər.
 
Qulağa bağlı səbəblər
 
Bütün həqiqi vertiqoların 70%-i qulaqla əlaqəli olur. Meniere xəstəliyi, pozisyonel vertiqo, qulağın axıntılı xroniki xəstəlikləri, eşitmə itkisi ilə gedən qulaq xəstəlikləri, virus infeksiyasından sonra müvazinət sinirinin zədələnməsinə bağlı olan qulaq xəstəlikləri, damar tıxanıqlığı olan insanlarda olan daxili qulağa daha az qan getmə halı, bəzən isə heç bir səbəb olmadan daxili qulaqdakı pərdələrin zədələnməsinə bağlı olaraq vertiqo hücumları ola bilər.
 
Travmalar
 
Başda olan və daxili qulağı da zədələyən sınıqdan sonra vertiqo ilə bərabər ürəkbulanma və qusma da ola bilir. Xəstə başını yüngül hərəkətlə belə tərpədərək aşkar bir baş gicəllənməsi keçirir. Bu vəziyyətin düzəlməsi həftələr və aylarla çəkə bilər. Belə halda, müəyyən illər sonra belə pozisyon dəyişikliklərində xəstədə bir neçə saniyəlik şiddətli baş gicəllənməsi qala bilər.
 
İnfeksiya
 
Əsasən kəskin qrip infeksiyasından sonra qulaq mənşəli baş gicəllənməsi əmələ gələ bilər.
 
Nevroloji xəstəliklər
 
Multipl skleroz, sifilis, müxtəlif beyin şişləri, Parkinson xəstəliyi və başqa xəstəliklər sinir sisteminə təsir edərək müvazinətin pozulmasına səbəb ola bilər.
 
Allergik səbəblər
 
Əsasən yaz və payız aylarında, allergik bədənli insanlarda polen və allergik mühitə cavab olaraq vertiqo tutmaları ola bilər. Müalicəsində antihistaminlər effektlidir.
 
Servikal səbəblər
 
Çox kəskin boyun yırtıqları xaricində baş gicəllənməsi əmələ gətirməzlər.
 
Baş dönməsi və müvazinət xəstəliklərinin diaqnostikası bir çox texnoloji üsullarla aparılır. Səbəbi bilindikdən sonra isə uyğun müalicə təyin edilir.
 
Unutmayın ki, baş gicəllənməsi özü bir xəstəlik deyil və başqa xəstəliklərin əlaməti olduğu üçün əsas xəstəliyi müalicə etmək lazımdır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib