Uşaqla yatağı bölüşmək. Araşdırmalar nəyi iddia edir?
07.12.2021 11:24
Sosioloqlar və bəzi tibb mütəxəssisləri uşaqla eyni yataqda yatmağın yanlış olduğunu bildirsələr də, elmi dəlillər bu iddiaların əksini göstərir.
 
Aztibb.az uşaqla birlikdə yatmağın həm ana, həm də körpə üçün faydaları haqqında oxucuları ilə paylaşır.
 
Birlikdə yatmağın ailənin hər bir fərdi üçün bir çox müsbət tərəfləri var.
 
Uşağın valideynləri ilə birlikdə yatmasının, uşaqda möhtacolma və asılılıq hissinin yaranmasına səbəb olması geniş yayılmış bir fikirdir. Ancaq, araşdırmalar bunun əksini göstərir. Valideynləriylə birlikdə yatan uşaqlar, daha erkən yaşlarında müstəqillik qazanır və ayrılıq narahatlığı keçirmirlər.
 
Araşdırmalar göstərir ki, uşaq hər dəfə eyni valideyni ilə yatmağa öyrəşirsə, barmağını əmmə və ya hər hansı təhlükəsizlik və ya rahatlayıcı obyektinə olan ehtiyacı xeyli azalır.
 
Ailəsilə yataraq böyüyən uşağın özünə inamı daha güclü olar. Uşağın davranış problemləri azalar, yaşıdlarıyla daha yaxşı ünsiyyət qurar, xoşbəxt və məmnun yaşayar. Valideynləri ilə yatmayan uşaqlara nisbətən, stressdən yaranan problemlərə qarşı daha dayanıqlı olar.
 
Həkimlərin pediatrik araşdırmalarında müşahidə edilən valideynlərlə birgə yatma, körpələrin həm fiziki, həm emosional, həm də zehni inkişafına tibbi bir fayda kimi önə çıxır. Bu inkişafı təmin edən səbəbin, həm daha çox bədən təmasının olması həm də, valideynləriylə yatan körpələrin tək yatan körpələrə nisbətən daha çox qidalandığı düşünülməkdədir.
 
Körpəylə birgə yataraq, əmizdirən analar, səhər özlərini daha rahat hiss edirlər. Körpələrini əmizdirmək üçün yataqdan çıxmaq məcburiyyətində olmadıqları üçün yoldaşlarını narahat etmir, beləcə hər kəs gün ərzində daha çox diqqətli və aktiv ola bilir.
 
Həkimlər tək yatan körpələrin stresslə əlaqədar narahatlıqlarının və qəfil uşaq ölümü sindromu məsələsində, valideynləriylə yatan körpələrə nisbətən daha çox risk altında olduqlarını deyirlər.
 
Ana və körpə arasındakı yaxınlıq həqiqətən də körpənin nəfəs alıb-verməsinin, yuxu vəziyyətini, ürək döyüntüsünü və bədən istiliyini tənzimləyir. Öz-özlərinə ağlamağa tərk edilən körpələrdə, yüksək stress hormonu, yəni kortizol səviyyəsi müşahidə edilib və bu da körpənin inkişafda olan beyninə zərər verir. Bu vəziyyət körpəni, stressə, zehni xəstəliklər daxil olmaqla bütün növ xəstəliklərə qarşı daha həssas və müqavimətsiz bir hala gətirir.
 
Ailə yatağı həyat tərzilə böyüyən uşaqlar, ailələriylə daha möhkəm bağ qurar və tək yatan uşaqlara nisbətən, ailə fərdlərinə qarşı daha çox bağlılıq və məmnunluq hiss edərlər.
 
Uşaqlarınızla yatmağın faydaları çoxdur.Yuxunun o şirin nəfəsi, ailə üzvlərinin bir-birlərinə bağlanması və sevgi dolu anları paylaşmaları üçün, hər gün onlara daha çox vaxt qazandırır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev