Keçməyən diz ağrılarına ayaqqabı səbəb ola bilər - DİQQƏT!
06.12.2021 15:23
Omba və diz oynaqları, ayaq üstə dayanarkən bədənin bütün ağırlığını götürən, oturma, ayaq üstə durma, əyilmə kimi hərəkətləri təmin edən gündəlik həyatda ən çox istifadə edilən bədən hissələri arasındadır.
 
Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, diz və ombada ağrılar müxtəlif səbəblərdən yarana bilər.
 
Bəzən dərmanlar, iynələr və ya müalicə bu problemləri həll etmək üçün kifayət etmir, cərrahi müdaxilə tələb olunur.
 
Xalq arasında kirəcləşmə kimi tanınan osteoartrit köklük, əzələ zəifliyi, qeyri-düzgün idman nəticəsində meydana gələ biləcək diz ağrılarının əsas səbəbidir.
 
Lakin mütəxəssislər səhv ayaqqabı seçiminin də ağrılara səbəb olduğunu bildirir. Təəsüf ki, çox adamın bu fikir ağlına gəlmir. Halbu ki, düzgün ayaqqabı seçimi onurğa sağlamlığı, bütün bədənin tarazlığı üçün çox əhəmiyyətlidir.
 
İpləri möhkəm bağlanmış və ayağa sıx ayaqqabılar qan dövranını yavaşlatdığı üçün əvvəlcə dizlərə, sonra da belə təzyiq edir, bu da səhhətinizə mənfi təsir göstərir.
 
Bel ağrısı olanlar ortopedik ayaqqabılar geyinməlidir. Ortopedik ayaqqabılar onurğanı dəstəkləyir və yorulmağa qoymur.
 
Ümumiyyətlə diz və omba problemləri adətən irəli yaşlarda görünsə də, müxtəlif səbəblərdən hər yaşda baş verə bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib